Mobil versiya
“İrəli” gənclərinin Vətən Müharibəsində qəhrəmanlığı
Tarix: 25-12-2020 | Saat: 18:47
Bölmə:Parlament | çapa göndər

“İrəli” gənclərinin Vətən Müharibəsində qəhrəmanlığı

Ölkədə aparıcı gənclər təşkilatlarından biri olan “İrəli” İctimai Birliyinin sədri və üzvü Vətən müharibəsində göstərdikləri igidliyə görə şanlı qələbəmizin memarı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif olunublar.

“İrəli” təşkilatının sədri Şahin Rəhmanlı Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Hər şey Vətən üçün deyərək ön cəbhədə ərazi bütövlüyümüz uğrunda savaşan “İrəli” gənci Pərvin Arslan isə “Cəsur Döyüşçü” medalına layiq görülüb.

Vətən müharibəsində “İrəli” gəncləri həm ön, həm də arxa cəbhədə öz fəallığı ilə seçilib. Azərbaycan tarixinin şanlı qalibiyyət səhifəsi olan 44 günlük Vətən müharibəsində “İrəli” İB-nin 18 gənci ön cəbhədə vuruşub.

Ali Baş Komandanın təltifləri “İrəli”çilərin simasında bütün gənclərimizdə vətənpərvərlik ruhunu daha da gücləndirir. “İrəli” bundan sonra da gənclərimizin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməyə davam edəcəkdir.

“İrəli” İctimai Birliyi müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyir!

Eşq olsun Azərbaycan Ordusuna, Yaşasın Azərbaycan xalqı, Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Qarabağ Azərbaycandır



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024