Mobil versiya
DİN: Ötən gün 21 koronavirus xəstəsinə cinayət işi açılıb
Tarix: 10-12-2020 | Saat: 17:38
Bölmə:Parlament | çapa göndər

DİN:


Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən aia.az -a verilən məlumata görə, dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.

Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2024