Mobil versiya
Azərbaycanda 4 387 nəfər COVID-19-a yoluxub, 3 133 nəfər sağalıb, 38 nəfər vəfat edib
Tarix: 08-12-2020 | Saat: 15:37
Bölmə:Parlament | çapa göndər

Azərbaycanda 4 387 nəfər COVID-19-a yoluxub, 3 133 nəfər sağalıb, 38 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 154 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 93 min 411 nəfər müalicə olunaraq sağalıb, 1713 nəfər vəfat edib. Aktiv xəstə sayı 59028 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 865 min 512 test aparılıb. Bugünkü test sayı isə 18321-dır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024