Mobil versiya
Emənilər təmas xəttindəki əraziləri kütləvi şəkildə tərk edir
Tarix: 06-04-2016 | Saat: 13:15
Bölmə:Seçilənlər-5 / Manşet | çapa göndər



BQXK məlumat yayıb.

İlkin hesablamalara görə, 3 minə yaxın erməni Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik səbəbiylə təmas xəttindəki əraziləri tərk edib.

Aia.az “News.am” portalına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Yerevan ofisi məlumat verib.

BQXK ofisinin nümayəndəsi Zara Amatuninin sözlərinə görə, təşkilat infrastrukturun bərpa edilməsində yardım etməyə hazırdır.

O, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin vəziyyətin kəskinləşməsi nəticəsində itkin düşənlərlə bağlı BQXK-ya rəsmi müraciət etmədiyini vurğulayıb:

“Bununla belə, bu cür müraciətlərin olacağı halda, BQXK bu məsələ üzrə neytral vasitəçi kimi çıxış etməyə hazırdır”, - deyə komitənin Yerevan ofisinin rəsmisi bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024