Mobil versiya
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Tarix: 25-11-2020 | Saat: 18:10
Bölmə:Gündəm | çapa göndər

27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi -



“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib.

QSC-dən aia.az-a verilən məlumata görə, təbrikdə deyilir: “Əziz həmyerlilər! Əziz, bacılarım, qardaşlarım! Nəhayət ki, 27 il 7 aydan sonra Kəlbəcərimiz şərəfsiz, vandal, quldur düşmənlərimizdən təmizləndi. Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram.

Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qələbəsidir! Ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir! Müzəffər Ordumuzun qələbəsidir! Həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir! Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Savaşında qızıl həriflərlə tarixi bir salnamə yazdı. Eşq olsun Müzəffər ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşallah doğma yurdlarımızda sizlərlə görüşəcəyik, cənab Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik.

Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən Müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun.

Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Kəlbəcər bizə, biz də Kəlbəcərə qovuşduq.

Bayramımız mübarək olsun, əziz yurddaşlarım.
Kəlbəcər bizimdir!
Qarabağ Azərbaycandır!”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024