Mobil versiya
Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu
Tarix: 23-11-2020 | Saat: 13:12
Bölmə:Manşet / İdman | çapa göndər

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu






Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki “Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub.

Mükafatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət himnimiz səsləndirilib.

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024