Mobil versiya
Biz yüksək səviyyədə silahlanmış Azərbaycan ordusuna qarşı mübarizə aparırdıq - Ermənistan müdafiə naziri
Tarix: 11-11-2020 | Saat: 11:16
Bölmə:Gündəm | çapa göndər

Biz yüksək səviyyədə silahlanmış Azərbaycan ordusuna qarşı mübarizə aparırdıq -


Qarabağ müharibəsini başa çatdırmaq barədə razılaşmanın Ermənistan üçün xəyanət kimi qiymətləndirilməsi təhqiredicidir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

O bildirib ki, Ermənistan ordusu və Müdafiə Nazirliyinin bütün sistemi uğur qazanmaq üçün əlindən gələni edib.

Nazir əlavə edib ki, Ermənistanın silah və texnika tədarükü ilə tam blokadası şəraitində mübarizə apardığı geosiyasi vəziyyət yaranıb.

“Biz çox böyük bir qüvvəyə - yüksək səviyyədə silahlanmış Azərbaycan ordusuna qarşı mübarizə aparırdıq. Məndən deyə soruşa bilərsiniz ki, biz niyə silahlanmadıq. Biz də silahlı idik, ancaq say və resurslar baxımından qüvvələr qeyri-mütənasib idi”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024