Mobil versiya
Mirvari Zeynalova: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qələbəsi milli-mədəni irsimizin talanmasına son qoydu”
Tarix: 10-11-2020 | Saat: 13:04
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mirvari Zeynalova: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qələbəsi milli-mədəni irsimizin talanmasına son qoydu”





“Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın mənfur niyyətlərini bütün çıxışlarında əsaslı sübut və dəlillər gətirməklə dəfələrlə bütün dünyaya bəyan edib. O cümlədən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərək möhtərəm Prezidentimiz Ermənistanın işğal olunmuş ərazilərdə milli-mədəni irsimizi məhv etməsini xüsusi vurğulamışdı. Bu gün isə Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunması ilə bu talançılığa birdəfəlik son qoyuldu. Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və Ermənistan ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova demişdir.


Öz müsahibəsində Mirvari Zeynalova bu problemə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə Ölkə Prezidenti cənab İlham Əliyevin mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışların müstəsna əhəmiyyət kəsb etdiyini vurğulamışdır: “Azərbaycanın təkcə ərazisinə və əhalisinə qarşı deyi, həmçinin milli-mədəni irsinə qarşı terror həyata keçirilən erməni vandalizminin həddi-hüdudu yoxdur. Bu ciddi problemə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq görüş və toplantılarda etdiyi çıxışlarında bu məsələyə hər zaman geniş yer verib. O cümlədən bir müddət bundan öncə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərək möhtərəm Prezidentimiz Ermənistanın işğal olunmuş ğrazilərdə milli-mədəni irsimizi məhv etməsini xüsusi vurğulamışdı. Dövlətimizin başçısı bildirmişdi ki, həm işğal olunmuş ərazilərdə, həm də bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir. Ermənistanın Azərbaycan xalqına qarşı davam edən təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən dini abidələrimiz və ziyarətgahlarımızdır. Dini-mədəni abidələrimiz xalqımızın tarixi yaddaşıdır. Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri törətməsi beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ancaq mənfur düşmən heç bir beynəlxalq normaya əməl etmir, vəhşiliklər törədir.”

Mirvari Zeynalova əməkdaşımızın suallarını cavablandırarkən bunu da qeyd etmişdir ki, beynəlxalq təşkilatların Ermənistanın bu vəhşiliklərinə etinasızlıq göstərməsi işğalçıların daha da azğınlaşmasına səbəb olmuşdur: “Qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrin 67-si məscid, 140-ı ziyarətgahlardır. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib və bununla da Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbə vurulub. Dövlət başçımızın da dəfələrlə qeyd etdiyi kimi, monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdilmiş ərazilərdə azərbaycanlıların maddi-mənəvi abidələrini məhv edir. Ermənilərin bu siyasəti dünya xalqları tərəfindən qəbul edilmir və işğalçıların bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər səviyyəsində münasibət bildirilir. Bir çox hallarda bu prosesləri görməzliyə vururlar, ən yaxşı halda isə üzərindən sükutla keçirlər. Bu isə işğalçıları bir qədər də azğınlaşdırır, onlarda cəzasızlıq əhval-ruhiyəsi yaradır. İşğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri, ölkəmizin mədəni irsinə qarşı təcavüz faktları, əsl mənada, vandalizmdir.”

Daha sonra Mirvari Zeynalova bütün bu haqsızlıqlara artıq son qoyulmasının və bundan sonra işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycanın öz mədəni irsinə yenidən sahib çıxmasının böyük tarixi qələbə olduğunu vurğulamışdır: “Nəhayət səbri tükənmiş Azərbaycan xalqı bu gün öz hüquqlarını özü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Vətən torpaqlarının azad olunması istiqamətində hərbi əməliyyatları uğurla başa çatdırdı. Noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad olundu və bununla da ermənilərin bütün Qafqazın incisi sayılan bu qədim mədəniyyət beşiyində törətdikləri vandalizmə son qoyuldu. Bu gün isə artıq Ermənistan ağ bayraq qaldıraraq öz məğlubiyyətini qəbul etdiş Azərbaycan Vətən müharibəsini möhtəşəm qələbə ilə başa çatdırdı. Artıq bütün torpaqlarımızda sülh və əmin-amanlıq bərqərar olacaq və biz bütün tarixi-mədəni abidələrimizi yenidən bərpa edəcəyik! ”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024