Mobil versiya
Altıqat “Formula-1” çempionu karyerasını başa vurur
Tarix: 02-11-2020 | Saat: 08:21
Bölmə:İdman | çapa göndər

Altıqat “Formula-1” çempionu karyerasını başa vurur


Altıqat “Formula-1” çempionu, “Mercedes” komandasının pilotu Luis Hamilton 2020-ci il mövsümünün sonunda karyerasını başa vura biləcəyini deyib.

Bununla bağlı RT məlumat yayıb.

“Mən uzun illər “Formula-1”də çıxış etdim. İndi başa düşürəm ki, çox vaxtımı ailəmlə keçirməliyəm və bu yarışlardan kənarda qalmalıyam. Özümü yaxşı hiss edirəm, güclüyəm. Növbəti ildəki “Formula-1”də də çıxış etmək istərdim, amma indi sizə heç nəyin təminatını verə bilmərəm”.

O əlavə edib ki, yarışlardan başqa çoxlu əyləncələri var:

“İstənilən halda, mən övladlarıma yeddi çempion titulu haqqında danışmaq istərdim”.

Qeyd edək ki, Hamilton “Formula-1”də 2007-ci ildə debüt edib, onun hesabında 93 qələbə və 97 poul-pozişen var ki, bu da çempionat tarixində rekord sayılır. O, altı dəfə çempion olub. Bu göstərici ilə rekordçu, yeddiqat çempion Mixael Şumaxerdən geridə qalır.

Hamiltonun “Mercedes” ilə müqaviləsi bu mövsümün sonunda bitir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024