Mobil versiya
Hər iki valideynini itirən Nilayın xalası: “Onu sakitləşdirmək üçün deyirik ki, anan gələcək” - VİDEO
Tarix: 14-10-2020 | Saat: 17:34
Bölmə:Ölkə / Aia TV | çapa göndər

Hər iki valideynini itirən Nilayın xalası:



Nilayın altı gün sonra ad günü olacaqdı. Ancaq artıq nə atası var, nə də anası.

“Anadolu” agentliyi Gəncəyə Ermənistanın xain hücumlarından sonra hər iki valideynini itirən iki yaşlı Nilay Əliyeva barədə xəbər yazıb.

Qeyd edilir ki, Ermənistanın raket zərbələri endirdiyi Gəncədə üç uşaq hər iki valideynini itirib.

Xalası Rəna Quliyeva Nilayın dayanmadan ağladığını, ata-anasını soruşduğunu deyib:

“Onu sakitləşdirmək üçün deyirik ki, anan gələcək”.

R.Quliyeva bildirib ki, Niayın anası Günay Əliyeva hamilə olubmuş:

“On günlük hamilə olduğunu yeni öyrənmişdi. Bu hadisə olmasaydı, ikinci uşaqları doğulacaqdı”.

Qeyd edək ki, balaca Nilay düşmən hücumu zamanı ata-anası ilə yanaşı, nənəsi Afaq Əliyevanı da itirib.


aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024