Mobil versiya
Ramiz Rzayev: “Banklar vətəndaşın hüququnu pozur”
Tarix: 01-04-2016 | Saat: 15:39
Bölmə:Gündəm / İqtisadiyyat / Manşet / Aia TV / Seçilənlər | çapa göndər

Ramiz Rzayev: “Banklar vətəndaşın hüququnu pozur”

"Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır"

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla kredit verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarla götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.

R. Rzayev onu da bildirib ki, son 5 ildə Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraatı başlanılıb. Onun sözlərinə görə, həmin şəxslərdən 5 nəfərin səlahiyyətlərinə xitam verilib, hakimlikdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərinə töhmət verilib, 12 nəfərinə irad tutulub. R.Rzayev xatırladıb ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə