Mobil versiya
Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatd
Tarix: 12-10-2020 | Saat: 18:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatd



Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuş, 35 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidmətindən dərin təəssüf hissi ilə aia.az-a bildirilib ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat etmişdir.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024