Mobil versiya
XİN və Prokurorluq birgə bəyanat yaydı: 10 mülki şəxs həlak olub, 30 nəfər yaralanıb
Tarix: 29-09-2020 | Saat: 12:43
Bölmə:Manşet / Gündəm | çapa göndər

XİN və Prokurorluq birgə bəyanat yaydı:



Ermənistan tərəfindən bu ilin 27 sentyabr tarixində Azərbaycanın mövqelərinə qarşı bütün cəbhə boyu xətlərində başladılan hücum və yeni təczvüz aktı, bu təcavüz çərçivəsində mülki əhaliyə qarşı törədilən cinayət hadisələri ilə bağlı Azərbaycan Baş Prokurorluq və Xarici işlər Nazirliyi birgə bəyanat yayıblar.

aia.az xəbər verir ki, bəyantda deyilir:

“27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini iri çaplı silahlar, minatanlar və müxtəlif çaplı silahlardan atəşə tuttaraq Azərbaycana qarşı növbəti təcazvüzə əl atıblar. 27 -29 sentyabr tarixlərində Ermənistanın davam edən hərbi təcavüzləri nəticəsində Azərbaycanın Tərtər, Ağdam, Cəbrayıl rayonları ilə yanaşı, Goranboy, Daşkəsən, Naftalan Ermənistan silahlı qüvvələri tərəfindən artileriya atəşinə məruz qalıb. Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq mülki əhalini və mülki infrastrukturu bilərəkdən nişan alır və atəş açır. Bu günə olan məlumata əsasən mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həlak olanlar arasında 13 və 14 yaşlar arasında 2 məktəbli var”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024