Mobil versiya
Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının BƏYANATI
Tarix: 28-09-2020 | Saat: 17:51
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının BƏYANATI



Sentyabrın 27-də səhər saatlarından başlayaraq erməni vandalları növbəti təxribata əl ataraq, işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər.

Düşmənin atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itki və yaralananların da olması Azərbaycan sahibkarlarını dərindən sarsıtdı. Sahibkarlar adından qəhrəman şəhidlərimizə allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılarımızın tezliklə sağalmasını arzulayırıq.

Əlbəttə ki, ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə lazımi cavab verilir.

Ölkə prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünya üçün maraqlı və əməkdaşlığa layiq ölkəyə çevrilmiş, dünya dövlətlərinin maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür.

Bu hadisələrlə bağlı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı çıxış edərək bildirdi ki, “Heç kəsə sirr deyil ki, Tovuz hadisələrində olduğu kimi bu dəfə də ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan Respublikasında Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalamış, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Azərbaycan sahibkarlarından Konfederasiyaya daxil olan müraciətlərdə sahibkarlar ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd edirlər.

İnanırıq ki, xalqımız, o cümlədən çoxminlik sahibkarlar ordusu Azərbaycan Respublikası Prezidentinin Hərbi vəziyyət elan olunması ilə bağlı Fərmanının bütün tələblərinə əməl edərək, qələbə üçün bütün imkanları səfərbər edəcəklər.

Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, Hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində, erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi bütün qərarları bəyənir, onun rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və bəyan edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edərək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, hərbi potensialının gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq.



Məmməd Musayev

Azərbaycan Respublikası Sahibkarlar

(işəgötürənlər) Təşkilatları Milli

Konfederasiyasının Prezidenti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024