Mobil versiya
Jurnalisti Şərləyib Həbs Etmək Istəyirlər - PREZİDENTƏ İLGİNC MÜRACİƏT
Tarix: 23-09-2020 | Saat: 17:33
Bölmə:Gündəm | çapa göndər

Jurnalisti Şərləyib Həbs Etmək Istəyirlər -


Tərtərdə 82 yaşlı müəllimin döyülməsini ictimalişədirdiyinə görə juranalisti şərləyib həbs etmək istəyirlər.

“Kanal32” nin redaksiyasına məktub göndərən “Araz-Media” xəbər portalının əməkdaşı Natiq Razim oğlu İsmayılov üzləşdiyi cəzasızlıq və təhdidlərlə bağlı ölkə prezidenti başqa olmaqla bir neçə müvafiq qurumun rəhbərlərinə müraciət ünavnalyıb.

Kanal32.az-a daxil olmuş həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə. Ünvan: Bakı, şəh, Az 1066, İstiqlaliyyət küçəsi, 19, tel: (012) 492 35 43, e-mail: [email protected]

Surəti: Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə xanım Qafarovaya. Ünvan: Bakı şəh, Parlament pr- 1, AZ 1152. Tel: (012) 498-97-48. e-mail: [email protected]

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə. Ünvan: Bakı şəh, Nigar Rəfibəyli küç-7: AZ1001 Tel: (012) 492 97 03. E-mail: [email protected]

Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə. Ünvan: AZ1006, Bakı şəh, Parlament pr-14. e-mail: [email protected]

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayyət Eyvazova. Ünvan: Bakı şəh, Azərbaycan prosp-7. ind:AZ1005. tel: (012) 590-92-22. E-poçt: [email protected]

Surəti: Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmirquliyevə.
Ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49 e-mail: [email protected]
Surəti: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə. Ünvan: Bakı şəhəri, B. Ağayev küç., 100 (A) AZ1073 E-poçt: [email protected]

Surəti: Kanal32.Az saytının redaksiyasına

Gəncə şəh, Ə.Əliyev küç, 2-ci dön, ev 3,mən26-da yaşayan “Araz-Media” xəbər portalının əməkdaşı İsmayılov Natiq Razim oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Bildirirəm ki,Tərtər rayonunda öz oğlu tərəfindən dəfələrlə vəhşicəsinə döyülən 82 yaşlı İsmayılov Rüstəm Hüseyn oğlunun video şikayyətlərini ictimailəşdirdiyim üçün məni Tərtər prokurorluğu və Tərtər polisi həbs etməklə hədələyir. 22.06.2020-ci il tarixdə Tərtər rayon Sarov kəndində yaşayan 82 yaşlı Rüstəm İsmayılov oğlu Pərviz İsmayılov tərəfindən vəşicəsinə döyülməsi ilə bağlı xəsarət aldığına və şikayətinə Tərtər rayon prokurorluğunda və Tərtər rayon Polis Şöbəsində baxılmadığına görə oğlu Rüfət İsmayılovla birlikdə mənə müraciət etdilər.

Mən Sarov kəndinə gələrək onları dinləyib şikayətlərini qəbul etdikdən sonra, xəbərlər portalında cənab prezidentə, cənab prokurora və cənab daxili işlər naziriə ünvanladım. Şikayətçilərin şikayətləri saytda verilsədə yenədə Tərtər prokurorluğunda və polis şöbəsində şikayətçilərin şikayətlərinə baxmadıqları üçün 26.07.2020-ci il tarixdə yenidən Pərviz İsmayılov səhər 6-7:00 radələrində dədəsinin yaşadığı evə gələrək bıçağı boğazına dirəyib 12.000 mnant pulunu aparmışdır. Pulla bağlı şikayətçilərin etdikləri şikayətidə mən yenədə xəbər portalında verdim. İkinci baş verən şikayətə yenədə prokurorluq və polis baxmadığından Pərviz İsmayılov 02.07.2020-ci ll tarixdə səhər saat 6-7:00 radələrində qardaşı Rüfət İsmayılovun yaşadığı evə gələrək onun məhləsində ot biçməyini telefonla videoyaya çəkdiyi üçün aralarında mübahisə düşəndə Rüfət İsmayılov əlində işlətdiyi mühərikli ot biçənlə qardaşının qol və kürək nahiyəsini kəsərək xəsarət yetirmişdir. Pərviz İsmayılov qolunun və bel nahiyyəsinin kəsilməsi ilə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və xəstəxanadan da Tərtər rayon polis şöbəsinə məlumat vermişdilər. Tərtər rayon prokurorluğu və polisi şikayətçilərin əvvəl etdikləri şikayətə görə Pərviz İsmayılovun barəsində qanunu tədbir görsəydilər axırıncı bu qanlı hadisə baş verməzdir. Bununla bağlı jurnalist araşdırması aparılan zaman məlum oldu ki, Pərviz İsmayılov prokurorluğa və polisə işləyən bir adamdır. Onun əliylə prokurorluq və polislər istənilən insanları şərlədib incidərək pullarını alırlar. Bununda baris nümunəsinin biridə odur ki. Pərviz İsmayılov qardaşı Rüfət İsmayılovun direktor işlədiyi Sarov kənd orta məktəbində axranik işləyən Amidin səsini yazaraq ondan qardaşı Rüfətin 500 manat alıb aparıb rayon təhsil şöbəsinin müdrinə vermə səs yazısını rayon prokurorluğuna verərək 2000 manat pullarını aldırmışdır.

Məlumatın biri də odur ki, Rüfət İsmayılovun qardaşı Pərvizi vurub yaraladığına görə prokurorluq və polis şöbəsində Rüfətin barəsində cinayət işi başlanmayıbdır bunun səbəbi Rüfətdən 4000 manat almaqlarıdır. Prokurorluq və polis Rüfətin özünü və atası Rüstəmin üstünə düşərək məcbur etdirib Pərvizin barəsində edilmiş şikayətlə bağlı AR CM-nin 128-ci maddəsinə görə barışıq vermələri və buna görədə Pərviz İsmayılovda öz yaralnmas barədə şikayətçi olmadığna görə Rüfət İsmayılovdan 4000 manat pul istəmişlər. Rüfət İsmayılovda faizə və birdə kreditə pul götürüb 4000 manatı polisə vermişdir. Bunların hamısını Rüfət İsmayılov və atası Rüstəm İsmayılov özləri mənə məlumatını vermişdilər. Bu məsələlər yerindəcə araşdırılsa aşkar olunar ki, bu günkü gündə Rüfət İsmayılov qardaşı Pərviz İsmayılovu ot biçən mühərikli aparatla yaraladığı barədə Tərtər prokurorluğunda və polis şöbəsində cinayət işi başlamayıblar və bunu pula görə üstünü ört basdır ediblər. Bu müraciətləri xəbər portalında yazdığım üçün prokuror və baş müstəntiq tərəfindən həbs edilməklə təhdid edilirəm. Tərtər rayon Prokurorluğunda və Tərtər RPŞ-də media nümayəndələrinə və vətəndaşlara qarşı öz başınalıq baş alıb gedir.KİV-nin nümayəndələri və günahsız insanlar şərlənərək məsuliyyətə cəlb edilirlər!!

Hörmətli cənab Prezident !
Hörmətli cənab prokuror!
Hörmətli cənab nazir!

Mən ArazMedia Xəbər Portalının xüsusi müxbiri vəzifəsində çalışıram. Tərtər rayon Prokuroru Şıxəli Alməmmədov və Tərtər rayon Polis şöbəsinin baş müstəniqi Habil Paşayev və Təhqiqat şöbəsinin rəisi, Tərtər rayon Sarov kəndində yaşayan, 82 yaşlı atasını vəşicəsinə döyən təqsirləndirilən şəxs Pərviz İsmayılovu arxasında duraraq onu örgətdirib məni, oğlumu və əməkdaşlıq etdiyim Dünyanınsəsi.info xəbər Portalının rəhbərini telefonla söydürüb təhqir elətdirirlər! Tərtər rayon Sarov kənd sakini 82 yaşlı Rüstəm İsmayılov ali təhsilli həkimdir. Hazırda təqaüddədir. Onu döyən oğlu Pərviz İsmayılov saxta sənədlərlə hazırda Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Ağcəbədi Regional idarəsində riger vəzifəsində işləyir. Barəsində AR CN-nin 128-ci maddəsi ilə cinayət işi qaldırılsada bu gün kü gündə işdən azad olunmamasının səbəbi nədir və hansı əsaslara görə işində qalıb işləyir? Pərviz İsmayılov necə ekologiya və təbii sərvətlər nazirliyinin işçisidir ki, əkinə yararlı 0.50 ha torpaq sahəsini öz başına yarasız hala salaraq avtomobillər üçün dayanacaq meydancası edibdir.Bu barədə nazirliyə şiayət və sənədlər göndərilsədə nə üçün tədbir görülməyibdir?

İsmayılov Rüfət Rüstəm oğlu, Tərtər rayon Sarov kənd orta məktəbində direktor işləyir. Qardaşı Pərviz İsmayılovu mühərikli ot biçən aparatla qolunu və bədəninin müxtəlif yerlərini doğrayıb xəsarət yetirsədə, və bu barədə az ağır xəsarət yetirmə ilə cinayət işi olsada hətda Rüfət İsmayılovun barəsində əvvəllər bir neçə valideyinlər şikayət edərək Rüfətin vəzifə səlahiyyətini aşaraq öz uşağına yüksək qiymət yazması və valideyini öz otağında söyüb təhqir etməsi və məktəbin axraniki işləyən Amiddən 500 manat alaraq işə götürməsi barədə şikayətlər olsada bu gün kü gündə tutduğu vəzifədən azad edilməyərək cinayətkar kimi vəzifədə qalması təhsil nazirliyinin adına qara ləkə deyilmi? Bu cür cinayətkarın vəzifədə qalmalarının əsas səbəbkarları rayon prokuror u və polis müstəntiqi dir !! Bununla bağlı şikayət versəkdə şikayətimizə baxılmır. Əksinə prokuror və polis zərəçəkmişlər Rüstəm İsmayılov və Rüfət İsmayılova hədə qorxu gələrək onları təqsirləndirilən Pərviz İsmayılovla barışdırıblar. Barışdırdıqdan sonra mənə qarşı qərəzli ərizə yazdırdırarq guya mən onlardan hədə qorxu ilə pul almışam. Prokurorun və polis müstəntiqininin mənimlə ədavət aparması odur ki, mən sübut etmişəm ki, Pərviz rayonda və kəndlərdə prokurorun və polisin göstərişləri ilə adamların səsini yazır və jantaj xarakterili şəkillərini çəkib mantaş edərək polisə və prokurora verir həmin adamları şərlətdirib pullarını aldırmaqla işləyən bir adamdır!! İkinci bir mənimlə ədavəti odur ki, mən iki üç dəfə prokuror Şıxəli müəllimin qəbulunda olan zaman prokurorluğun dəhlizində asılmış löhvədə baş pokuror Zakir Qaralov və onun müavinlərinin adı yazılmış löhvəyə irad tutaraq şəkilini çəkib baş prokurorluğa və prezident adminstrasiyasına göndərdiyim üçündür. Mən prokurorluqda olaraq Şıxəli müəllimlə iki aydan artıqdır ki, baş prokuror Kamran Əliyev və yeni müavinlər təyyin edilbdir nə üçün löhvəni dəyişdirmirsən sualını verəndə imkanım yoxdur deyəndə , mən cavab olaraq bildirmişəm ki, əgər bunu dəyişməyə pulun yoxdursa mən təzə löhvə yazdırıb gətirə bilərəm! Bundan nəticə çıxartmadığı üçün məcbur olub 2020-ci il avqust ayında lövənin şəkilini çəkib baş prokurorluğa və Prezident adminstrasiyasına göndərdim. Tərtər rayonunda Azərbaycan Respublikasının qanunları prokuror və polis tərəfindən kobdcasına pozulur. “Günahsızlara cəza verilir, günhakarı isə mühavizə edərək cəzadan kənarlaşdırırlar”.

Bu cür öz başınalıqlar hamısı prokuror və polis müstəntiqinin maddi maraqlar naminə əlbir olmalarıdır. Əgər baş prokurorluqdan və daxili işlər nazirliyindən kompleks yoxlama Tərtər prokuroluğuna və polisinə göndərilərsə aşkar olunar ki, Tərtər rayon Seydimli kənd sakinləri Bəndəliyev Asim Alı oğlu, Bəndəliyev Əmirqulu Zöhrab oğlu və Rzayev Şahlar Maarif oğlunun, 16.06.2020-ci il tarixdə Tərtər rayon İrəvanlılar kənd sakini Xuduzadə Qızqayıt Qurban qızını qaçırtmışlar və həmin günü 16.06.2020-ci il tarixdə könüllü olaraq qaytararaq valideyinlərinə və polisə təhvil verilmiş və bu barədə Xuduzadə Qızqayıt Qyrban qızının notariat kontorunda barışıq ərizəsi olsa belə Tərtər rayon prokuroru və Tərtər rayon polis şöbəsinin baş müstəntiqi Habil Paşayev, müstəntiq Natiq Şirinov qızın qaytarılmasını 17.06.2020-ci il tarixə sənədləşdirməsində məqsədləri nədir?? Xuduzadə Qızqayıtın barışıq ərizəsini ərizəmə əlavə edirəm. Prokurorun və müstəntiqin valideyinlərdən izahat almamaları və Xuduzadə Qızqayıtı və valideyinlərini çağıraraq tutmaqla hədələyib ərizələrini ləğv etməklərini məcbur etməkdə məqsədləri nədir? Prokurorun və müstəntiqin məqsədlərini valideyin Bəndəliyev Zöhrab Əmirqulu oğlu öz şikayətində və vidio müraciətində bildiribdir!!

2. Tərtər rayon Ağkənd kəndində yaşayan Sarıyev Vəlinin evindən iki ildən artıqdır ki, oğurluq edilib. Evdən xeyli miqdarda qızıl zinnət əşyaları, pul və qiymətli əntiq əşya aparılıbdır. Bu oğurluq barədə oğrunun vidio çəkiliş diskini versələrdə bu işi açmamaqda pokurorun və polisin məqsədləri nədir? Prokurorun və polisin cinayət işini açmamalarının məqsədlərini zərərçəkmiş Sarıyev Vəli öz şikayətində və video müsahibəsində bildiribdir!! Neçə-neçə saysız hesabsız açılmalı olunan cinayət işləri var ki, prokur və polis maddi maraqlarını güdərək açmaq istəmirlər!!
Bu gün hörmətli cənab Prezidentimiz İlham Əliyevin Prokurorluq və Polis Orqanlarının rayonlarda və bölgələrdə öz başınalıqlarına və rüşvətxorluqlarına son qoymaları barədə verdiyi göstəriş və sərancamlar Tərtər rayon prokuroru və polisi tərəfindən pozularaq ayaqlar altına atılır. Tərtər rayonunda prokurorluqda və polisdə məmur media və məmur vətəndaşlıq münasibətləri kobudcasına pozulmaqdadır. Ona görə ki , KİV-inin əməkdaşlarının obyektiv işləməklə informasiya hazırlamalarına prokurorluq və polis imkan vermir. Hansı KİV nümayəndəsi düzgün obyektiv informasiya yazan kimi həmin jurnalisti şərləməklə üzünə adam qoydurmaqla məsuliyyətə cəlb edirlər yada ki onun oğul uşaqlarını və yaxın qohumlarını şərləyib polisə apartdırırlar.

Cənab Prezidentimiz İlham Əliyev cənabları həmişə çıxışında bir mənalı olaraq KİV-isi dövlətimizin dördüncü onurğa sütunudur və mənim köməkçimdir deməsini Tərtər rayon prokuroru və polisi bilsələrdə buna qarşı hörmətsizlik edirlər. Bunaların bu hörmətsizliyi bir mənalı olaraq cənab prezidentimizə və dövlətimizin qanunlarına. Konstitusiyasına hörmətsizlikdir. Mən ərizəmə Tərtər prokurorluğundan çəkdiyim löhvənin şəkilini, Pərviz İsmayılovun bizi təhqiqramiz söyüşlərin yazı fotosunu və zərərçəkmişlərin şəkillərini və səs diskilərini sizlərə göndərirəm baxıb qulaq asıb və sonrada məni bir vətəndaş və KİV-nin nümayəndəsi olaraq qəbul edəsiniz ki, kimin günahkar və günahsız olmasının şahidi olasınız!! Mən, başda cənab Prezidentim İlham Əliyev olmaqla, cənab baş prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova inanıram ki, KİV-nin nümayəndəsi olaraq etdiyim şikayət ərizəsini xüsusi nəzarətə götürüb Tərtər rayonunda baş alıb gedən prokuror və polis özbaşınalıqlarına bir tədbir görəcəklər. Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə, Natiq Razim oğlu İsmayılov
Mob tel: 0505112196



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024