Mobil versiya
Hacı Zeynalabdin icra nümayəndəsinin hesabına kim sədr oldu?
Tarix: 16-09-2020 | Saat: 11:35
Bölmə:Manşet / Gündəm | çapa göndər

Hacı Zeynalabdin icra nümayəndəsinin hesabına kim sədr oldu?






Hacı Zeynalabdin Bələdiyyəsində sular yenidən bulanıb.


Bir zamanlar Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin katibə postunu tutan, hazırda isə Hacı Zeynalabdin qəsəbə Bələdiyyəsinin sədri olaraq çalışan Qasımova Əsli Nofəl qızı (doğulduğu tarix: 03.07.1995: Yaşayış yeri: Sumqayıt şəh. 2m/r ev 32/73, m. 16) zaman-zaman yerli KİV-in diqqət mərkəzində olub.

Bu da təsadüfi deyil. Ə.Qasımova 2019-cu ildə Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin katibə olduğu vaxtlarda adı dəfələrlə neqativ məsələlərdə keçib.


Onun adı heç bələdiyyə sədri olduğu dövrlərdə də yaxşı işlərdə hallanmayıb. Vaxtaşırı bu qalmaqallı bələdiyyə sədrinin ismi ən müxtəlif neqativ olaylarda çəkilir. Bir neçə ay əvvəl keçmiş bələdiyyə işçisi ilə qalmaqallı bütün manşetləri bəzəmişdir.

AİA.AZ xəbər verir ki, Əsli Qasımova barədə bəzi məlumatlar bəlli olub. Sən demə o, katibə postunu tutmaqla yanaşı həmin qəsəbənin 3 saylı uşaq bağçasında «ölü canlı»nın olduğu da sirr sayılmır. Çünki həmin uşaq bağçasına təsərrüfat şöbəsinin müdiri vəzifəsinin işlədiyi sənədləşirilib. Lakin onun adı var, özü isə yoxdur. Hətta belə bir iddia da var ki, Qasımova hər ay 250 ştatın maaşını alaraq cibinə qoyurdu.

Məlumdur ki, ölkəmizdə 2019-cu il dekabrın 23-də Ümumxalq səsverməsi ilə Bələdiyyə seçkiləri keçirilmişdir. Keçmiş bələdiyyə sədri Məmmədov Elşən Mustafa oğlu insult xəstə olduğu müddətdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Lalə Hacıyeva vəziyyətdən sui-istifadə edərək rahat şəkildə Bələdiyyələrə seçkilərin qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU fəsillərini əməl etməyərək onun adını “qalib namizədlər” siyahısına salır ki, sonra "bələdiyyə sədri" olsun (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 212-ci maddəsində göstərilir ki, seçkilərdə iştirak etmək hüququna malik olan (seçki keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış) və müvafiq seçki dairəsində daimi yaşayan (bilməyənlərə nəzərə çatdırmaq lazımdır ki, qanunda daimi sözü götürəndə 3 ildən yuxarı təşkil edir. 1 və ya 2 ay orda yaşamaqla daimi sayılmır. Buna görə də qanunsuz sayılır.) Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.).


Qeyd edək ki, Lalə Hacıyevanın adı heç icra başçının müavini olduğu dövrlərdə də yaxşı işlərdə hallanmayıb. Vaxtaşırı bu qalmaqallı başçının müavinin ismi ən müxtəlif neqativ olaylarda çəkilib.

Onu da deyək ki, faktiki olaraq L.Hacıyevanın əli ilə seçilən "bələdiyyə sədri" Əsli Qasımova heç qəsəbədə yaşamır. Onu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində çalışan Cəmilənin anası Haqverdiyeva Əsbədə məxsus evə (Hacı Zeynalabdin qəsəbəsi Azadlıq küçəsi ev 24) razılığı olaraq qeydiyyata salıblar ki, rahat şəkildə Bələdiyyə sədri olsun.

Aydın məsələdir ki, Əsli Qasımova Hacı Zeynalabdin Bələdiyyəsinin sədri elə belə olmayıb, burada icra nümayəndəsinin xüsusi rolu var. Elə buna görə də hər kəs qəsəbədə deyir ki , Lalə Hacıyeva qəsəbədə "at oynadır", öz keçmiş katibəsi Əsli Qasımovanı "maniken" kimi qoyub, özü isə bütün işləri aparırır.

Beləliklə, bu sual yenə açıq qalır ki, icra nümayəndəsi Lalə Hacıyeva hansı özəl “statusuna” görə Ə.Qasımovanı rəhbər vəzifəyə təyin edərək, ona “külli-ixiyar” verib və necə ola bilər ki, qəsəbədə 5 il yaşamayaraq bələdiyyə sədri oldu? Maraqlıdır ki, Qasımova harda oturur – durursa, özünü Sumqayıt icra başçısının ən yaxın adamı, həm də qəsəbədə icra nümayəndəsinin kadr siyasətini yönəldən biri kimi təqdim edir.

Joker
aia.az












Məlumatlanmaq üçün Facebook səhifəmizi

7469 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2020
17-09-2020