Mobil versiya
6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib? – MÜƏMMA
Tarix: 16-09-2020 | Saat: 11:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib? –




Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "ZZ-Ticaret” MMC olub.
AIA.AZ xəbər verir ki, "ZZ-Ticaret” MMC Sumqayıt Tibb Kollecinin sifarişi ilə bu quruma maşın və avadanlıqlar satacaq.


Qeyd olunan mallar üçün Sumqayıt Tibb Kolleci "ZZ-Ticaret” MMC-yə 9 min 840 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, "ZZ-Ticaret” MMC – 27.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt Tibb Kolleci müsabiqəni 06.08.2020-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 10 gün əvvəl yaranıb. Bu günlərin də 4-ü Qurban bayramı ilə əlaqədar olaraq qeyri iş günləri olub.

Onu da bildirək ki, "ZZ-Ticaret” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 6 gün (iş günü) əvvəl yaranan və 9,8 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 15, m. 2 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 5 manat olan MMC-nin qanuni təmsilçisi Rəsulov Zamin Zahir oğludur.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 6 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Onu da qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyətə başlayıb. 2010-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb. Kollecin direktoru tibb elmləri doktoru Rəfayıl Eyvazovdur.

Joker
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

8332 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2020
17-09-2020