Mobil versiya
Azərbaycan təhsili postpandemiya dövrünə hazırlaşır
Tarix: 15-09-2020 | Saat: 14:26
Bölmə:Manşet / Təhsil / Seçilənlər-7 | çapa göndər

Azərbaycan təhsili postpandemiya dövrünə hazırlaşır


Hamımız bilirik ki, bu gün bir çox dünya dövlətləri hələ də COVİD-19 pandemiyasının ikinci dalğasının ciddi təhdidi altında yaşamaq məcburiyyətində qaldıqları halda Azərbaycanda artıq karantin rejiminin yumşaldılması ilə bağlı önəmli addımlar atılmaqdadır. Əlbəttə ki, bu nailiyyət birmənalı olaraq və bütünlüklə Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və birbaşa ciddi nəzarəti altında vaxtında həyata keçirilmiş koronavirusla mübarizə tədbirlərinin nəticəsi olaraq təzahür etməkdədir.

Karantin rejiminin yumşaldılması istiqamətində atılan son dərəcə əhəmiyyətli addımlardan biri də yeni dərs ilinin ilk günündən ölkənin təhsil müəssisələrində artıq əyani tədris prosesinə başlanmasıdır. Əlbəttə ki, tədris prosesi pandemiya şəraitinə uyğun tətbiq olunan yeni qaydalar əsasında təşkil olunacaq. Bununla belə, bir daha qeyd edirəm, məktəblərin açılması bizim hamımızın böyük uğurudur. Bildiyiniz kimi, bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyev bu gün xalqa müraciət etmişdir. Öz müraciətində dövlət başçımız son dərəcə sərrast ifadələrlə Azərbaycan dövlətinin pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bildiyini vurğulayaraq demişdir:“Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.”

Həmçinin öz çıxışında Ölkə Prezidenti Azərbaycanın pandemiyadan sonrakı dövrlə bağlı gözləntilərinə dair bir sıra mühüm açıqlamalar verdi. Ölkənin hazırda postpandemiya dövrünə hazırlaşdığını vurğulayan dövlət başçımız bildirdi ki, hazırda COVİD-19 infeksiyasına qarşı peyvəndinölkəmizə gətirilməsi ilə əlaqədar Azərbaycandövləti bir neçə şirkətlə danışıqlar aparır. Ölkə Prezidenti bunu da qeyd etdi ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və ondan sonra cəmiyyətimiz normal, adi həyata qayıdacaq, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.

Azərbaycanda tədris prosesinin bərpası ilə bağlı bir məqamı da xüsusi olaraq qeyd etmək vacibdir ki, bu da hətta pandemiya dövründə belə ölkə ərazisində məktəb tikintisi işinin dayandırılmamasıdır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, bu il Azərbaycanda 147 məktəbin tikintisi nəzərdə tutulmuşdur ki, onların da böyük hissəsi artıq hazırdır və Bilik Gününə istifadəyə tam hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı isə bu ilin sonuna qədər nəzərdə tutulur. Diqqətəlayiq haldır ki, son 17 il ərzində Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görməkdədir. O cümlədən, tikintisi bu il aparılan 147 məktəbin 45-i də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir.
Ölkəmizdə təhsilinin inkişafına göstərilən dövlət qayğısının daha bir təcəssümü kimi belə bir faktı da qeyd etmək lazımdır ki, bu gün məktəb binalarının tikintisi rayon və bölgələrimizdə də geniş vüsət almışdır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, son 2-3 il ərzində kiçik kəndlərdə də modul tipli məktəblər inşa edilir. O cümlədən, təkcə bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Ümumilikdə isə son 17 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib.

Az öncə də qeyd etdiyim kimi, bütün bu görülən işlər Azərbaycanda təhsil sahəsinin inkiafına dövlət tərəfindən göstərilən böyük diqqət və qayğının bariz nümumələridir. Bu diqqət və qayğının müqabilində isə, ölkənin bütün təhsil işçilərinin, tələbə və şagird heyətinin üzərinə düşən əsas vəzifə yaradılmış bu gözəl şəraiti layiqincə dəyərləndirmək və Azərbaycan təhsilinin şərəfini hər zaman uca tutmaqdır!

Məşhur Məmmədov
Millət vəkili,
Milli Məclisin İntizam Komissiyasının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024