UNRWA-dan ABŞ Dövlət Katibi Rubioya cavab
Tarix: 24-10-2025 | Saat: 22:34
Bölmə:Özəl | çapa göndər

BMT, UNRWA-nın Qəzzaya yardım paylanmasında rol oynaya bilməyəcəyini iddia edən ABŞ Dövlət Katibi Marko Rubioya "UNRWA Qəzzada humanitar əməliyyatlarımızın əsasını təşkil edir" deyərək cavab verdi. BMT-nin Baş Mətbuat katibinin müavini Fərhan Haq mətbuat brifinqində Qəzzada baş verən son vəziyyətlə bağlı danışıb.
Haq Rubionun BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin (UNRWA) Qəzzada humanitar yardımın paylanmasında artıq heç bir rol oynamayacağı və agentliyin HƏMAS ilə əlaqələrinin olduğu barədə sözlərinə cavab verib.
BMT sözçüsünün müavini dedi: "Bəlkə də əvvəlki açıqlamalarımızı eşitmisiniz ki, UNRWA-nın HƏMAS ilə əlaqəsi yoxdur. UNRWA Qəzzadakı humanitar əməliyyatlarımızın onurğa sütunudur."
Haq qeyd etdi ki, yalnız az sayda UNRWA işçisinin HƏMAS ilə əlaqəsi təsdiqlənib və bu şəxslər dərhal işdən çıxarılıb. O əlavə etdi: "UNRWA-nın yerindəki işinə gəldikdə isə, UNRWA və BMT sisteminin qalan hissəsi hazırda Qəzza xalqına kömək etmək üçün yerində işləyir."
Haq UNRWA-nın regionda BMT-nin humanitar yardım paylanmasının "onurğa sütunu" olduğunu təkrarladı və agentliyin Qəzzada yardımın effektiv paylanmasını təmin etməsinin vacibliyini vurğuladı.
İsrailə səfər edən ABŞ dövlət katibi Rubio ABŞ-ın BMT ilə yerində işləməkdən məmnun olduğunu, lakin UNRWA ilə işləməyin sadəcə mümkün olmadığını bildirdi.
Rubio UNRWA-nın HƏMAS ilə əlaqələrinin olduğunu iddia etdi və artıq HƏMAS-ı Qəzzanın gələcəyində görmək istəmədiklərini bildirdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-10-2025