Mobil versiya
Deputat BNA-nı "topa tutdu", "qadası" ləqəbli Mais Ağayev bu üsulla “cəzalandırdı”
Tarix: 10-09-2020 | Saat: 17:13
Bölmə:Manşet / Gündəm | çapa göndər

Deputat BNA-nı "topa tutdu", "qadası" ləqəbli Mais Ağayev bu üsulla “cəzalandırdı”





"Bakı Nəqliyyat Agentliyinin (BNA) işçiləri hərəsi alıb əlinə bir fotoaparatı maşını saxlayan kimi şəklini çəkib qaçırlar".

AİA.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"BNA əməkdaşları gəlib izah etmir ki, ay vətəndaş sən burada düzgün saxlamamısan. Heç nə izah etməmiş gəlib maşının şəklini çəkib qaçırlar. Sürücümdən soruşuram ki, nə qədər cərimə var, elə bir məbləğ dedi ki, burada səsləndirilməli deyil, yəni böyük məbləğdi", - deyə deputat bildirib.

O qeyd edib ki, BNA cərimələrdən yığılan pulun hesabatını verməlidir: "Gündə 5 min adama 20 manatdan cərimə yazanda bu xeyli sayda vəsait edir. Ancaq hesabat verilmir ki, bu qədər pul hara xərclənir, nəyə sərf olunur. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyindən bura bir nümayəndə dəvət edək, bir cavab versin görək bu pullar hara xərclənir".


Çox qəribədir ki, BNA rəsmisi "qadası" ləqəbli kimi tanınan Mais Ağayev onları tənqid edən digər tanınmışları da eyni üsul ilə “zərərsizləşdirmək” istəyib.

BNA sözçüsü tənqidlə çıxış edən digər tanınmışların da cərimələrini, yol verdikləri qayda pozuntularını sosial şəbəkələrdə yaymışdı.

Şikayət edən tanınmış şəxslərin bəziləri BNA sözçüsünün cavabından sonra ya sosial şəbəkələrdəki paylaşımlarını silmişlər, ya da sözlərini dəyişərək yumşaq bir paylaşımla kifayətlənmişdilər.

Son olaraq bildirmək istəyirik ki, BNA sözçüsünün tənqidlərə bu cür yanaşması ilə paytaxtımızdakı nəqliyyat problemlərini aradan qaldırmaq mümkün olamayacaq. İşləyərək problemləri real şəkildə həll etmək lazımdır.

Joker
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə