Mobil versiya
Bakıda-biznesmen, Gəncədə-nəqliyyatçı- Araşdırma
Tarix: 09-09-2020 | Saat: 14:10
Bölmə:Gündəm | çapa göndər

Bakıda-biznesmen, Gəncədə-nəqliyyatçı-



Gəncə sərnişindaşıma idarəsinə bu ağır çəkili pediatırı kim rəis təyin edib?

AİA.Az xəbər verir ki,Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Araz Rəfibəylinin Bakıda bir neçə kommersiya obyektləri var.Onun bu vəzifədəykən bizneslə məşğul olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ziddir. İdarə rəisinin Bakı şəhərində adına dəyəri milyonlarla ölçülən “UNİSER” adlı xüsusi ümumtəhsil məktəb komleksi üzə çıxıb.Qeydiyyat ünvanı Bakı şəhəri Bül-Bül küçəsi 74 göstərilir.Bu nəhəng məktəb komleksinin 2004-cü ildən fəaliyyət göstərildiyi qeyd edilir.





Araz Rəfibəyli Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək əvəzinə Gəncə Şəhər İcra Hakimiyyəti yanında yaradılan Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsini özünün şəxsi biznes mənbəyinə çevirib.Məlumatlı mənbənin sözlərinə görə ARAZ RƏFİBƏYLİNİN hər ay şəhər sərnişindaşıma sektorundan 50 min manat həzmraberdən keçirldiyi iddia olunur.
Bu gün Gəncə şəhər sakinlərinin üzləşdiyi çətinliklərdən biri və bəlkə də birincisi sərnişindaşıma problemidir.Beləki hər gün sərnişindaşımaya cəlb edilən 250 avtobus “fərqlənmə nişanı” olmadan xətttə buraxılır.Bu avtobusların əksəriyyəti müasir standartlara cavab verməməklə istismar müddətlərini keçmişdir.
Gəncədə ictimai nəqliyyatın fəaliyyətinə kim cavabdehdir?
Dünyanınsəsi.info-un apardığı araşdırmalara görə bu məqsədlə Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.Nazirlər Kabinetinin qərarı ilə yaradılmış cəmiyyətin öz vəzifə və funksiyaları var. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları var. Cəmiyyətin ayrıca əmlakı var və öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir.
Maraqlıdır Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində 2016 -cı ildən fəaliyyətə başlamış “Gəncə Nəqliyyat” MMC bu müddət ərzində şəhərdə sərnişin daşınması prosesinə kimləri və hansı mülkiyyət hüququ sahiblərinin cəlb olunmasını təşkil edib? Hazırda Gəncədə sərnişindaşıma ilə məşğul olmaq imkanı əldə etmiş nə qədər hüquqi və fiziki şəxs var? Onların istifadəsində nə qədər avtomobil nəqliyyatı mövcuddur? Onların hər biri “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Vergi Məcəlləsinə nə dərəcədə riayyət edir? Qanunlara uyğun olaraq avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə fərqlənmə nişanı hansı formada verilməlidir və proses “Gəncə Nəqliyyat” MMC vasitəsi ilə necə həyata keçirilir?
Sərnişindaşıma marşrutlarında fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin şəhərdaxili marşrut avtobus dayanacaqlardan istifadəsinin təşkili Gəncədə demək ola bərbad vəziyyətdədir. Avtobuslar dayanacaqlardan kənarda istənilən yerdə sərnişin götürur və yaxud düşürür ki, bu da sakinlərin narazılığına səbəb olur. Yeni marşrutların açılması prosesi marşrut xəttinə daxil olmaq istəyənlər üçün çox baha başa gəlir.Paralel marşrutların ləğv edilməsi və mövcud marşrutların bağlanması üzrə olunan təkliflərə isə heç baxılmır və kim necə gəldi marşrut xətti ilə hərəkət edir. Bütün bumların hamısına isə Gəncə şəhər İcra Hakimiyyətində göz yumulur.Bu gün Gəncədə sərnişindaşıma qaydalarını pozan, eləcə də marşrut cədvəli üzrə hərəkət etməyən xeyli sayda sürücü calışır.Şəhərin küçə və prospektlərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün “Gəncə Nəqliyyat” MMC tərəfindən isə heç bir tədbir görülmür. Şəhərin rayonlararası avtovağzallarında sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkət cədvəlii qeyri müəyyən haldadır. Şəhərdə fəaliyyət göstərən taksi sürücülərinə fərqlənmə nişanlarının verilməsində də nöqsanlar kifayət qədərdir.Əslində Dövlət Avtomobil Nəqliyyatının Gəncə Regional Şöbəsi (DANX) həm sərnişindaşımya cəlb edilmiş avtobuslara həm də taksi fəaliyyəti göstərən sürücülərə qanunla “fərqlənmə nişanı” verməlidir.Araz Rəfibəyli DANX-ın Gəncə regional şöbəsi ilə əlbir olaraq dövlət büdcəsinə ödənilməli olan yüz minlərlə vəsaiti həzmraberdən keçirməklə büdcəyə daxilolmaları mənimsəyir.

Araz Rəfibəylinin dövlət nümunəsi olmayan “fərqlənmə nişanı” çap etdirir.



Gəncədə taksi fəaliyyəti ilə məşğul olan srücülərə bu cür kustar üsulla hazırlanmış saxta “fərqlənmə nişanı” əməkdaşları vasitəsi ilə satdırılır.Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri azlmaq əvəzinə artmaqdadır. Daha doğrusu, Dövlət Vergi Xidməti İqtisadiyyat nazirliyinin tabeliyinə veriləndən sonra (Hətta,Mikayıl Cabbarov Vergilər naziri olan vaxdan) “kıraşası” olan “yatağan” müəssisə və şirkətlərin uzun illədir ki,külli miqdarda vergidən yayınmaları üzə çıxarıldı.Və proses davam edir…
Gəncənin İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla qohumluq tellərinin mövcud olması Arza Rəfibəyliyə toxunulmazlıq statusu verib.Beləki Niyazı Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyinatından sonra şəhərdə apardığı kadr dəyişikliklərində ilk yer alanlardan biri də məhz Araz Rəfibəyli olub.Hazırda isə söylənilənlərə görə başçının bir nömrəli adamı hesabı edilən Araz Rəfibəyli şəhər nəqliyyatından toplanan vəsaitlərin çox az hissəsini rəsmiləşdirir. Ümumiyyətlə Cəmiyyətin maliyyə təsərüfat işlərində də ciddi nöqsanlara yol verildiyi bildirilir.Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəhbərliyinə nəqliyyat sahəsində uzun illər təcürbəsi olan nəqliyyatçı təyin edilməlidir.Amma ixtisasca “uşaq həkimi” olan Araz Rəfibəylini bu vəzifəyə təyin edəndə əlbəttədəki sərnişindaşıma sahəsi bu cür bərbad hala salınmalı idi.Hətta Araz Rəfibəylinin tutmuş olduğu vəzifə dövlət qulluğu olsada qibleyi-aləm onu Dövlət İmtahan Mərkəzindən keçməmiş bu vəzifəyə təyinatını verib.Gəncə şəhərinin sərnişindaşıma idarəsinin “pediatır” rəisi Araz Rəfibəyli idarənin Avtobus sektoruna ixtisasca baytar olan Azər Məmmədovu , Kompyuter mühəndisliyinə rəsm müəlliməsi Əliyev Lalə Əli qızını təyin etmişdir.Yəni idarənin kadr potensialı nəqliyyat sahəsinə aidiyyatı olmayan şəxs və şəxslərdən təşkil edilmişdir. İdarədə hər gün işə gələnlər tabelə imza atsalarda bu günə kimi bir dəfədə olsun Araz Rəfibəyli cənablarının orda imzası görünmür.Yəni bu cənabın başı şəxsi biznesinə qarışdığından əlavə vaxt olmur ki, sənədə imza etsin.



İqtisadiyyat naziri Mikayıl Cabbarovun vergi cinayətləri ilə bağlı barışmaz mövqeyini nəzərə alaraq, ümid edirik ki,sərnişindaşımada külli miqdarda vəsaitin vergidən yayındırılmasını müəyyən etmək üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin” fəaliyyəti yoxlanılacaq.

“Qanun yasaq edib”
– Hüquqşünas Elnur Əliyev

Azərbaycanda vəzifəli şəxslərə xidməti vəzifəsini icra etdiyi dövrdə ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) qadağandır. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə bu hərəkətlər korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Hüquqşünas Elnur Əliyev deyir ki, 2017-ci ildən etibarən bu tələb publik hüquqi şəxslərin rəhbərlərinə və işçilərinə də şamil edilir.

“Qanunda korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin intizam, inzibati və cinayət məsuliyyətindən danışılsa da, İnzibati Xətalar Məcəlləsində bu hallar inzibati xəta kimi nəzərdə tutulmayıb. Ona görə də korrupsiya hüquqpozmalarına yol vermiş şəxslər ya cinayət məsuliyyətinə, ya da işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb olunurlar”, – hüquqşünas bildirib.
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanun 2005-ci ildə qəbul ediləndən bəri vəzifəli şəxslərə qarşı məhz bizneslə məşğul olduqlarına məsuliyyət tədbiri görülməsi haqda məlumata rəst gəlinməyib.
Məlumat üçün qeyd edək ki, Araz Rəfibəyli Azərbaycan Beynəlxalq Universitetinin hazırda Fransada olan sabiq rektoru Elşad Abdullayevin yaxın qohumudur.Onun Azərbaycanda olan bir çox kommersiya obyektləri Araz bəy tərəfindən idarə edildiyidə iddia olunur.

Redaksiya olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025