Mobil versiya
Şəhidin məzarı ziyarət edildi - FOTOLAR
Tarix: 08-09-2020 | Saat: 15:07
Bölmə:Gündəm | çapa göndər

Şəhidin məzarı ziyarət edildi


AHİK İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən, 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb.

7 sentyabr 2020- ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tapşırığı ilə xidmət əhatəsində olan Qazax Rayon Komitəsinin numayəndələri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş mayor Əhmədov Namiq Hajan oğlunun məzarını ziyarət edib, şəhidin ailəsinə baş çəkiblər. Şəhidin ailə üzvləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsinin Qərarına əsasən şəhid mayor Namiq Əhmədovun iki azyaşlı övladı, 6 yaşlı Nigar və 10 yaşlı Məhəmməd Əhmədovlar 18 yaşa çatana kimi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin himayəsinə götürülüb. 18 yaşın tamamınadək hər bir övlada ayrılıqda ayda 150 manat məbləğinda maddi dəstək olunacaqdır.

Qeyd olunan vəsait artıq sentyabr ayın1-i 2020-ci il tarixdə MİHİ Respublika Komitəsi tərəfindən həyata keçirilmişdir.

Bundan əlavə olaraq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən şəhid ailəsinə bir sıra məişət avadanlıqları hədiyyə edilmişdir. Həmçinin ailənin bu il ilk dəfə məktəbə gedəcək qız övladı Nigara və məktəbli Məhəmmədə zəruri məktəb ləvazimatları da təqdim edilib.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024