Mobil versiya
Dağlıq Qarabağın azərbaycanlı icması ASAN Radio ilə birgə yeni layihəyə start verir
Tarix: 07-09-2020 | Saat: 12:36
Bölmə:Gündəm | çapa göndər

Dağlıq Qarabağın azərbaycanlı icması ASAN Radio ilə birgə yeni layihəyə start verir



Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ASAN Radio ilə birgə yeni layihəyə start verir.

İcmadan aia.az-a verilən məlumata görə, layihə “Qarabağnamə” adlanır.

Həftədə bir dəfə ASAN Radio 100 FM dalğasında efirə gedəcək “Qarabağnamə” Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beynəlxalq
məsələlər şöbəsinin müdiri Aybəniz İsmayılovanın təqdimatında efirə gedəcək.

İcmanın ilk radio layihəsi olan “Qarabağnamə” Ermənistan tərəfindən məhv edilən tarixi, mədəni, dini irsimizin təbliği məsələlərini diqqətdə saxlayacaq. Rəngarəng rublikalarla dinləyicilərin görüşünə gələcək “Qarabağnamə” verlişində qaçqın və məcburi köçkünlərin qayğıları və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti ilə bağlı yenliklər də dinləyiçilərin diqqətinə təqdim ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024