Mobil versiya
İNAM KƏRİMOV DAHA PULLU SAHƏNİ "YAD"a ETİBAR ETMƏDİ - KTN-də maraq doğuran təyinatlar
Tarix: 05-09-2020 | Saat: 18:58
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

İNAM KƏRİMOV DAHA PULLU SAHƏNİ "YAD"a ETİBAR ETMƏDİ - KTN-də maraq doğuran təyinatlar

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub.

Məlumata görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

O, bu vəzifədə Mirzə Əliyevi əvəz edib. Digər əmrlə isə AKİA-nın keçmiş sədri AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.

Kənd Təsərrüfatı Nazirliyindən xəbəri “Report”a təsdiqləyiblər.

Yeri gəlmişkən, son aylar AKİA-nın səlahiiyytələri xeyli genişləndiirlib. Üstəlik, bu yaxınlarda "Aqrolizinq"ində səlahiyyətinin bir qimi bu quruma verilib. Bundan əlavə KTN sahəsinin kreditləşməsi və sair kimi gəlirli sahələr də AKİA-nın sərəncamına verilib. Bütün bunlar isə bu qurumu daha cəlbedici təşkilat kim önə çıxarıb.

Görünür, məhz bu səbəbdən İnam Kərimov quruma özünün daha çox etibar etdiyi kadrını gətirməyi vacib sayıb...

Xatırladaq ki, S.Mövlanov İnam Kərimovun dövründə 3 saylı ASAN xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. O, İ.Kərimov KTN rəhbəri təyin olunan kimi, "ASAN"dan KTN-ə transfer olunan ilk kadrlardan olub...

34 yaşlı Mirzə Əliyev isə Seymur Mövlanovdan fərqli olaraq, bir qədər kənar, yəni "yad kadr" sayılır.

O, KTN sahəsində ilk fəaliyyətinə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə rəis təyinatı ilə başlayıb.

Ona qədər isə M.Əliyev müxətlif özəl təşkilatlarda, o cümlədən "Azərbaycan Dəmir Yolları” QSC-də investisiya üzrə rəis müavini vəzifəsində çalışıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024