Mobil versiya
Bakı aeroportunda genişmiqyaslı dezinfeksiya işləri aparılıb
Tarix: 04-09-2020 | Saat: 13:21
Bölmə:Aia TV | çapa göndər

Bakı aeroportunda genişmiqyaslı dezinfeksiya işləri aparılıb



Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı profilaktik dezinfeksiya işləri aparılıb.

Bu barədə aia.az-a Azərbaycan Hava Yolları QSC-dən bildiriblər. Dezinfeksiya gecə saatlarında, hava limanı ərazisində sərnişinlərin və işçi heyətin olmadığı zaman həyata keçirilib:

"Genişmiqyaslı dezinfeksiya Bakının hava limanı ərazisində COVID-19 virusunun yayılmasının qarşısını almaq, sərnişinlər və işçi heyət üçün təhlükəsiz və sağlam mühit yaratmaq məqsədi daşıyır.

Aerovağzal kompleksinin bütün sahələri antiseptik və dezinfeksiyaedici vasitələrlə tam emal olunub, gediş, gəliş, baqaj qəbulu zallarında zərərsizləşdirici tədbirlər görülüb.

Döşəmələr, divarlar, oturacaqlar, pəncərələr, eskalatorlar, qeydiyyat masaları, baxış zonaları, liftlər, traplar, tutacaqlar, sürahi səthləri, qapı tutacaqları və s. dezinfeksiyaedici məhlulla emal edilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə