Mobil versiya
Baş Prokurorluğun əməkdaşı beynəlxalq vebinarda iştirak edib
Tarix: 03-09-2020 | Saat: 16:57
Bölmə:Gündəm | çapa göndər

Baş Prokurorluğun əməkdaşı beynəlxalq vebinarda iştirak edib


Sentyabrın 2-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin təşkilatçılığı ilə “Mərkəzi və Şərqi Avropada prokurorların funksional müstəqilliyi” mövzusunda Avropa Prokurorlarının Məşvərət Şurası Beynəlxalq Prokurorlar Assosiasiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa hakimləri demokratiya və azadlıq naminə Assosiasiyasının ekspertlərinin, eləcə də qeyd edilən regiona aid ölkələrin prokurorluq orqanlarının nümayəndələrinin iştirakı ilə vebinar keçirilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, vebinarda prokurorların funksional müstəqilliyi sahəsində beynəlxalq standartlar və təcrübələr, prokurorların fəaliyyətində müstəqilliyin təmin edilməsi üzrə təkliflər, Covid-19 pandemiyasının prokurorların işinə, xüsusən də bu şəraitdə əsas insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi prinsipinə riayət olunması, cinayət qanunvericiliyində xüsusi karantin rejiminin pozulması ilə bağlı dəyişikliklər və digər aktual mövzularda müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Arzu Zeynalabdiyeva iştirak edərək ölkəmizin bu sahədə təcrübəsi barədə iştirakçılara ətraflı məlumat vermiş, onların çoxsaylı suallarını cavablandırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024