Mobil versiya
Deputat Baş Nazirdən xahiş etdi: “Qərarı ləğv edin!”
Tarix: 03-09-2020 | Saat: 14:01
Bölmə:Manşet / Gündəm | çapa göndər

Deputat Baş Nazirdən xahiş etdi:


“Nazirlər Kabinetinin poçt daşımaları üçün gömrük rüsumlarına edilən dəyişiklik geri çağırılmalıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, hamını bu təklifə dəstək göstərməyə çağırıb.

Deputat qeyd edib ki, indi həmrəyliyə, inteqrasiyaya, əməkdaşlığa və konkret nəticəyə nail olmağa ehtiyac var: “Nazirlər Kabinetinin poçt daşımaları üçün gömrük rüsumlarına edilən dəyişiklik geri çağırılmalıdır. Bunun üçün bütün vətəndaşlardan, dövlət orqanlarından, deputatlardan və sahibkarlardan dəstək istəyirəm. Biz sübut etməliyik ki, müzakirə, ictimai rəy və dialoqla məsələləri həll edə bilərik. Bu, ölkəmiz, dövlətçiliyimiz üçündür”.

R.Nurullayev sadə vətəndaşların ehtiyaclarını nəzərə alaraq qərarın ləğv olunmasına ehtiyacın yarandığını önə çəkib:

“Hörmətli Baş Nazir Əli müəllimdən xahiş edək ki, Nazirlər Kabinetinin qərarına yenidən baxsın və onu ləğv etsin. İndiki sosial şəraiti nəzərə alaraq qərarın ləğv olunmasına ehtiyac var”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə