Mobil versiya
Beyləqanda qalmaqallı Nizami Vəliyevin havadarı kimdir?
Tarix: 03-09-2020 | Saat: 09:37
Bölmə:Manşet / Gündəm | çapa göndər

Beyləqanda qalmaqallı Nizami Vəliyevin havadarı kimdir?




Əgər xatırlayarsınız ki, bir müddət əvvəl Beyləqanda Yaşıllaşdırma İdarəsinin müdiri Nizami Vəliyevlə bağlı tənqidi yazı dərc olunmuşdur. Bu da təsadüfi deyil. N.Vəliyev Beyləqan Zona Baytarlıq Labarotoriyasının müdiri olduğu vaxtlarda adı dəfələrlə neqativ məsələlərdə keçib.
Onun adı heç Yaşıllaşdırma İdarəsinin müdiri olduğu dövrlərdə də yaxşı işlərdə hallanmayıb. Vaxtaşırı bu qalmaqallı müdirinin ismi ən müxtəlif neqativ olaylarda çəkilir.


Bu günlərdə isə mediada dərc olunub ki, N. Vəliyev Beyləqan Zona Baytarlıq Labarotoriyasına rəhbərlik edərkən idarəyə məxsus labarotor cihazları da sataraq, 42 min manat vəsaiti mənimsədiyi üçün təhvil -təslim edə bilmir. Bildirilir ki, işlədiyi müddətdə N.Vəliyevin yalnız 3 illik fəaliyyəti yoxlanılıb. Sonrakı təxminən iki illik fəaliyyəti isə yoxlanılmayıb və mənfi nə baş veribsə, əsasən elə həmin 2 ildə baş verib.

AİA.AZ-ın müxbiri bu ittihamın nə dərəcədə əsaslı olduğuna aydınlıq gətirmək üçün Beyləqan İcra İctimai Siyasi şöbə müdiri Ramiz Əliyevlə özü ilə əlaqə saxlayıb. O, daha sonra açıqlama verəcəyini bildirib. Daha sonra telefona cavab verilməyib.

Beləliklə, bu sual yenə açıq qalır ki, icra başçısı cənab Asif Ağayev hansı özəl “statusuna” görə N.Vəliyevi rəhbər vəzifəyə təyin edərək, ona “külli-ixiyar” verib? Maraqlıdır ki, Vəliyev harda oturur – durursa, özünü icra başçısının ən yaxın adamı, həm də rayonda başçının kadr siyasətini yönəldən biri kimi təqdim edir.

Ancaq Asif Ağayevi tanıdığımızdan və onun yüksək intellektinə yaxşı bələd olduğumuzdan, deyə bilərik ki, N.Vəliyev isisnasını nəzərə almasaq, Asif müəllim həyata keçirdiyi kadr siyasətində heç vaxt yalnışlığa yol verməyib. Hər halda rayon rəhbərinin N.Vəliyevə vəzifə verməsi yalnış olsa da, onu da bilirik ki, bu yalnışlıq icra başçısının yox, N.Vəliyevi başçıya təqdim edənin yalnışıdır. Təqdimat verən şəxsin kimliyindən asılı olmayaraq, hər halda ümid edirik ki, cənab başçı çox keçmədən Nizami Vəliyev gerçəklikləri nəzərə alıb, onu vəzifədə çox saxlamayacaq.

Elton Hacıyev
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024