Mobil versiya
Respublika Komitəsinə yeni sədr seçildi - FOTOLAR
Tarix: 02-09-2020 | Saat: 15:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Respublika Komitəsinə yeni sədr seçildi



Sentyabrın 2-də Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin onlayn plenumu keçirilib.
Plenumu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev açıb. AHİK sədri bildirib ki, Respublika Komitəsinin sədri Rafiq İldarov səhhəti ilə bağlı müraciət edərək işdən azad olunmasını xahiş edib. Sonra S.Möhbalıyev R.İldarovun Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindəki rolundan, xidmətlərindən danışıb.

Bildirib ki, o, AHİK-ə üzv olan respublika komitələrinin ən bacarıqlı, səriştəli sədrlərindən biridir. R.İldarov müxtəlif dövlət qulluğu sahələrində çalışıb. 1997-ci ildən həmkarlar ittifaqı təşkilatı sistemində işləyir. 1997-2003-cü illərdə Azərbaycan Elektrik Stansiyaları və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində əvvəlcə şöbə müdiri, sonra sədr müavini vəzifələrində çalışıb. 2003-cü ildən isə Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir. R.İldarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin və İcraiyyə Komitəsinin, «Elektroprofsoyuz» Beynəlxalq Həmkarlar İttifaqları Birliyi Şurasının üzvü olub. Onun əməyi ölkə başçısı tərəfindən də yüksək qiymətləndirilib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə R.İldarova "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib. 2015-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.

RK-nın sədri Rafiq İldarov xöş sözlərə görə Səttar Möhbalıyevə minnətdarlığını bildirib. Respublika Komitəsinin fəaliyyətinə göstərdiyi dəstəyə görə AHİK-ə, eyni zamanda müəssisə və təşkilatların həmkarlar ittifaqı komitə sədrlərinə təşəkkür edib. Kollektivdə çalışmaq istəyinin olmasına baxmayaraq, səhhətinin buna imkan vermədiyini deyib.

Plenum R.İldarovun xahişini nəzərə alıb, işdən çıxmaq barədə ərizəsini qəbul edib. Plenum həmçinin Respublika Komitəsinin yeni sədrini seçib.
AHİK sədri bu vəzifəyə təqdim olunan Adil Atakişiyevin uzun müddət hüquq-mühafizə orqanlarında çalışdığını, 2014-cü ildən isə "Bakı Metropoliteni" QSC-nin Hüquq İdarəsinin rəisi vəzifəsində işlədiyini bildirib. Bu müddətdə qazandığı zəngin təcrübənin, təşkilatçılıq bacarığının həmkarlar ittifaqının fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvarlığını ifadə edib. AHİK sədri yeni seçilmiş sədrə və kollektivə təklif və tövsiyələrini verdi.

Adil Atakişiyevin namizdəliyi yekdilliklə dəstəklənib. O, ona göstərilən etimada görə plenum üzvlərinə öz təşəkkürünü bildirib.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024