Mobil versiya
1 Ekspert ayrı-ayrılıqda ziddiyətli Rəy verdi: Biabırçılıq!
Tarix: 02-09-2020 | Saat: 15:43
Bölmə:Gündəm | çapa göndər

1 Ekspert ayrı-ayrılıqda ziddiyətli Rəy verdi: Biabırçılıq!


Nəsimi rayon Şamil Əzizbəyov 158 ci binanın sakinləri maraqlı və təəccübdoğuran bir narazı mövqedən dövlət başçısından kömək istəyərək "Yeni Ailə" MTK -nın EKSPERTİZA ilə "razılaşmasını" iddia edirlər.

Belə ki , sözü gedən ünvanın sakinləri 47 il əvvəl tikilmiş binanın söküntüyə məruz qalmasının hüquqi əsaslara uyğun olub-olmamasına dair Ədliyyə Nazirliyinin Bakı Ekspertiza idarəsinə müraciət etmişlər. 2019-cu ili 31 oktyabrda buraya təhkim olunmuş Ekspertiza qrupu, bu binada müvafiq yoxlama ölçmə müayinə işləri apararaq bu binanın sökülməsinə ehtiyac olmazlığına dair İlham Xudiyev adlı Ekspertin möhürlü imzalı Rəyini alsalar da, bu Rəyin "ömrü" cəmi 7ay olmuşdur. Yəni 2020-ci il iyun ayında yenidən bu binaya yenə də Ekspertiza qrupu gəlmiş, bu dəfə isə yenə də Ekspert İlham Xudiyevin bu binanın seysmik normalara və digər bu kimi tələblərə cavab vermədiyi əsas gətirilərək sökülməsinin zəruri olduğunu bildirmişdir.

Bu eyni Ekspertin təkrarən eyni işə cəlb olunaraq rəy verdiyi ayrı ayrılıqda möhür və imzalanaraq təsdiqlənən Dövlət sənədlərinin ziddiyət xarakteri daşıması bir sıra qaranlıq məqamların təəssüratını təzahür etdirir. Ən maraqlısı odur ki 1 ekspert rəyi keçərli deyilsə, başqa sözlə, yalnış tərtib olunursa ,yenidən həmin işə axı necə təkrarən eyni Ekspert təyin oluna bilər?

Sakinlər bundan öncə DİA.Az redaksiyasına etdikləri müraciətində bildirmişlər ki, "Yeni Ailə" MTK bir şirkət olaraq öz şəxsi mənafeyi naminə Ekspertizaya təsir və müdaxilə etmişdir.

Ətraflı videoçarxda...








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024