Mobil versiya
Gömrük Komitəsində iri kuryer və poçt daşımaları şirkətləri ilə görüş keçirilib
Tarix: 02-09-2020 | Saat: 12:48
Bölmə:Manşet / Gündəm | çapa göndər

Gömrük Komitəsində iri kuryer və poçt daşımaları şirkətləri ilə görüş keçirilib


Dövlət Gömrük Komitəsində iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə DGK Katibliyinin rəisi Anar Süleymanov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak edib.

Komitədən aia.az- a verilən məlumata görə, katibliyinin rəisi Anar Süleymanov avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verib. A.Süleymanov bildirib ki, görüşün keçirilməsində əsas məqsəd sözügedən qərarda əksini tapan dəyişikliklərin bütün detallarını bu sahədə fəaliyyət göstərən şirkət nümayəndələrinin birbaşa diqqətinə çatdırmaq, onları narahat edən məqamlara aydınlıq gətirməkdir.

Qeyd olunub ki, dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsini təkmilləşdirəcək, kölgə iqtisadiyyatı ilə mübarizəyə və qaçaqmalçılığın qarşısının alınmasına xidmət edəcək, eləcə də büdcə daxilolmalarında da mühüm rol oynayacaq.

Görüşün sonunda iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçilərini maraqlandıran bütün suallar cavablandırılıb, sözügedən qərarla bağlı geniş müzakirələr aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024