Mobil versiya
DİN: Abşeron sakininin döyülməsi faktı ilə bağlı araşdırma aparılır
Tarix: 31-08-2020 | Saat: 17:04
Bölmə:Cəmiyyət | çapa göndər

DİN:


Avqustun 30-da saat 22.23-də Abşeron rayonunun Məmmədli kəndində yaşayan R.Hüseynzadə Daxili İşlər Nazirliyinin (DİN) "102” Zəng Mərkəzinə müraciət edərək evinin yaxınlığında bir nəfərin onu döyərək bədən xəsarətləri yetirməsi barədə məlumat vermişdir. Bundan sonra o, "Youtube” kanalında canlı yayım açaraq sifətində qan izləri olduğunu nümayiş etdirərək intihar edəcəyini bildirmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının ”isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynzadəni yumruqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, yeniyetmə V.Abdullayev müəyyən edilərək Mehdiabad Polis Bölməsinə dəvət edilmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki, yeniyetmə R.Hüseynzadənin yaşadığı evin qarşısında ünvansız nalayiq ifadələr işlətdiyinə görə R.Hüseynzadə ona irad bildirmiş, bu zaman aralarında yaranmış mübahisə zamanı R.Hüseynzadə onu əli vurmuş, yeniyetmə isə cavabında yumruqla onun burun nahiyəsindən zərbə endirmişdir.

Vətəndaş R.Hüseynzadəyə bədən xəsarəti yetirilməsi faktı üzrə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024