Mobil versiya
Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı
Tarix: 31-08-2020 | Saat: 12:27
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı




PrezidentAdministrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb.

Yenisabah.az xəbər verir ki, Ramiz Mehdiyevin satmaq istədiyi dəbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir.

Villa dördhektar ərazidə yerləşir, hər tərəfdən altımetr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır.

Villanın ərazisində vertolyot üçün xüsusi meydança var.
Bildirilib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub.

Amma vəzifədən uzaqlaşdırıldıqdan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb.

Qeyd edilib ki, Ramiz Mehdiyev villanı da almaq üçün Fərhad Əhmədova ismarıc yollayıb lakin,nədənsə biznesmen həmin villanı almaqdan imtina edib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024