Mobil versiya
Yevlax sakinləri İlyas Səfərova qarşı yazılanlara öz etirazlarını bildirdilər
Tarix: 28-08-2020 | Saat: 18:25
Bölmə:Gündəm | çapa göndər

Yevlax sakinləri İlyas Səfərova qarşı yazılanlara öz etirazlarını bildirdilər




Bu günlərdə redaksiyamızın elektron ünvanına Yevlax rayonundan daxil olmuş iki məktubda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin müxtəlif idarələrində uzun illərdən bəri rəhbər vəzifələrdə çalışmış İlyas Səfərovun barəsində bəzi saytlarda dərc olunmuş ittiham xarakterli yazılara dair kəskin etirazlar öz əksini tapmışdır. Məktub müəllifləri bu xüsusda dərc olunan yazıların böhtan xarakterli olduğunu və birmənalı olaraq sifariş əsasında hazırlandığını vurğulayırlar.

Həmin məktublardan birində deyilir: “Sizin də bildiyiniz kimi, İlyas Səfərov uzun müddətdir ki, Meliorasiya və Su Təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. Bu insan hər zaman öz vəzifə borclarını vicdanla yerinə yetirmiş, rəhbərlik etdiyi idarənin xidmət göstərdiyi ərazilərdə suvarma işləri bağlı hər hansı problemin yaşanmasına yol verməmişdir. İlyas müəllimin peşəkarlığına, təcrübəsinə onunla işləyən insanlar yaxşı bələddirlər. Ən azından İlyas Səfərovun istənilən bir sahədə, istənilən bir vəzifədə hər zaman şərəf və ləyaqətlə çalışacağına biz, Yevlax zəhmətkeşləri, qətiyyən şübhə etmirik. İlyas müəllimin barəsində son günlər bəzi saytlarda yazılan şər və böhtanlar isə bizdə dərin təəssüf hissi doğurur. Bu gün ölkədə dövlətini və xalqını sevən, öz işini vicdanla görən insanlara qarşı belə davranış tərzi qətiyyən yolverilməzdir...”

Aldığımız digər məktubda da rayon sakinləri İlyas Səfərovun müdafiəsinə yönəldilmiş fikirlərini ifadə ediblər. Məktubda deyilir:

“Hörmətli redaksiya, bu günlərdə saytlardan birində bizim yaxşı tanıdığımız İlyas Səfərov barəsində yalan məlumatlar oxuduq. İnanın ki, bu bizi çox pərişan etdi. İlyas müəllim öz işini gözəl bilən, həm özünə, həm də tabeliyində çalışanlara qarşı son dərəcə tələbkarlıq göstərən bir insandır. Onu yaxından tanıyanlar İlyas müəllimin dövlətimizə və dövlətçiliyimizə son dərəcə sədaqətli olduğunu yaxşı bilirlər. Tam məsuliyyətlə deyirik ki, İlyas Səfərov ona tapşırılan istənilən bir sahədə hər zaman məhz dövlətin maraqlarına xidmət göstərib. Əslində İlyas müəllimi istər dövlətimiz, istərsə də onun işlədiyi təşkilatın rəhbərliyi çox yaxşı tanıyır. Buna görə də İlyas Səfərovun bizim onu müdafiə etməyimizə ehtiyacı yoxdur. Lakin, bu gün isə bəzi saytlarda İlyas müəllimi ləkələməyə çalışan yazıları gördükdə, bizim vicdanımız buna göz yummağa yol vermədi. Əlbəttə ki, bütün bunlar yalnız qısqanclığın və şəxsi qərəzliyin nəticəsidir. Tələb edirik ki, belə böhtan kampaniyalarına dərhal son qoyulsun... ”

Öz növbəmizdə, aia.az saytı olaraq, biz də bəzi həmkarlarımıza tövsiyyə edərdik ki, hər hansı bir məlumatı dəqiqliyi ilə yoxlamadan və həmin informasiyanın dürüstlüyünə əmin olmadan belə yazıları dərc etməkdən və insanların heysiyyatlarına toxunmaqdan çəkinsinlər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024