Mobil versiya
Tovuzda apreldə baş verən qətllə bağlı istintaq yekunlaşdırılıb
Tarix: 27-08-2020 | Saat: 18:01
Bölmə:Parlament | çapa göndər

Tovuzda apreldə baş verən qətllə bağlı istintaq yekunlaşdırılıb


20 aprel 2020-ci il tarixdə Tovuz rayonu, Yanıqlı kənd sakini Cəlal Tağıyevə bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Tovuz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla Cəlal Tağıyevin oğlu Seymur Tağıyev ilə həmkəndlisi Oqtay Abdiyev arasında baş vermiş münaqişənin qarşısını alarkən sonuncu tərəfindən bıçaqlanaraq qəsdən öldürülməsinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Oqtay Abdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024