Mobil versiya
Aqiyə Naxçıvanlı: “Səs verdiyim qanunlara hörmətlə yanaşıram və riayət edirəm”
Tarix: 27-08-2020 | Saat: 14:40
Bölmə:Manşet / Gündəm | çapa göndər

Aqiyə Naxçıvanlı: “Səs verdiyim qanunlara hörmətlə yanaşıram və riayət edirəm”




Milli Məclisin deputatı toy məclisində iştirak etməsi barədə yayılmış məlumatlara dair “aia.az” saytına açıqlama verdi

Məlum olduğu kimi, son günlər ölkə mediasının gündəmində yer almış mövzulardan biri də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy məclisi və bu məclisdə iştirak edən vəzifəli şəxslərlə bağlıdır. O cümlədən bir neçə gün bundan öncə bəzi saytlarda dərc olunmuş materiallarda həmin toy məclisində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının da iştirak etdiyinə dair iddia yer almışdı. Bu məsələyə aydınlıq gətirmək üçün saytımızın əməkdaş Aqiyə xanımla telefon əlaqəsi saxlayıb.

Yayılan məlumatlara dair əməkdaşımızın verdiyi sualı cavablandıraraq Aqiyə Naxçıvanlı bunları deyib: “Ölkəmizdə karantin rejimi tətbiq olunan gündən Milli Məclisin iclasları istisna olmaqla, heç bir tədbirdə iştirak etməmişəm. Təəssüf və xəcalət hissi ilə qeyd etməliyəm ki, hətta qohumlarının, dostlarımın, mənə əziz olan insanların dəfn və yas mərasimlərinə də getməmişəm. Ölkə rəhbərliyinin göstəriş və tövsiyyələrinə, qəbul edilməsinə səs verdiyim qanunlara hörmətlə yanaşıram və riayət edirəm. Qeyd olunan toya nə dəvət olunmuşam nə də iştirak etmişəm.”


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024