Mobil versiya
Elektron qolbaq vasitəsilə məhkumun yaşayış yerini tərk etməsini öyrənmək mümkündür
Tarix: 26-08-2020 | Saat: 12:42
Bölmə:Gündəm | çapa göndər

Elektron qolbaq vasitəsilə məhkumun yaşayış yerini tərk etməsini öyrənmək mümkündür


Elektron qolbaq vasitəsilə məhkumun yşayış yerini tərk etməsini müəyyənləşdirmək mümkündür. Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi Nəvai Əlizadə deyib.

Onun sözlərinə görə, həmin qolbaq məhkumun ayağına, topuqdan yuxarı hissəyə kəmər vasitəsilə bağlanır və məhkumun yer dəyişməsi ilə bağlı məlumatları mobil qurğuya ötürür: "Ev siqnal ötürücüsü məhkumun yaşayış yerində yaşayış yerinin ölçülərindən və şəraitindən asılı olaraq 2, 3 və daha artıq sayda quraşdırılır.

Ev siqnal ötürücülərinin vəzifəsi vaxt məhdudiyyəti ərzində məhkumun yaşayış yerində olması barədə məlumatları ötürməkdən ibarətdir. Bütün cihazlara hər hansı müdaxilə zamanı dərhal xəbərdarlıq siqnalı daxil olur. Həmçinin elektron nəzarət vasitələri məhkum tərəfindən yararsız vəziyyətə salındıqda dəyəri həmin şəxsdən tutulur. Məhkəmələr tərəfindən elektron nəzarət vasitələrinın tətbiqi ilə əlaqədar məhkumların üzərinə əsasən iki növ məhdudiyyət qoyulur-ərazi və vaxt məhdudiyyətləri. Eyni zamanda, məhkumların şəxsiyyəti, törətdiyi əməlin xarakteri və s. bu kimi vacib hallar nəzərə alınaraq məhkəmələr tərəfindən digər vəzifələr və məhdudiyyətlər də tətbiq edilə bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024