Mobil versiya
BQXK əsir götürülən erməni diversantla bağlı danışıqlara başlayıb
Tarix: 25-08-2020 | Saat: 13:51
Bölmə:Manşet / Gündəm | çapa göndər

BQXK əsir götürülən erməni diversantla bağlı danışıqlara başlayıb


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əsir götürülən erməni diversantla bağlı danışıqlara başlayıb.

Bu barədə Trend-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib: "BQXK hər iki tərəfin aidiyyatı qurumları ilə bu məsələ ilə bağlı əlaqədədir. Komitə mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, bu şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamağa köməklik göstərir”.

Qeyd edək ki, Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024