Mobil versiya
Kürdəmirdə məmur həbsləri davam edəcək
Tarix: 21-08-2020 | Saat: 13:26
Bölmə:Manşet / Gündəm | çapa göndər

Kürdəmirdə məmur həbsləri davam edəcək


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar. Həbs olunanlar rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər.

“Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumatda bildirilir ki, Kürdəmir rayonunda məmurlar arasında həbs təhlükəsi ilə üzləşənlər arasında icra başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri İlqar Əlif oğlu Salmanovun daadı var. Mənbə bildirir ki, bu şəxs həbs olunan icra başçısına çox yaxın adamı olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməliyyat keçirməsinin əsas səbəbi korrupsiya olmuşdur. Bu korrupsiya əməliyyatlarının önəmli bir hissəsinin Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyata keçirildiyi iddia olunur. İddiaya görə, Kürdəmir şəhər daxili yollarının əsaslı təmiri işləri ilə bağlı işlər lazımi səviyyədə yerinə yetirilməyib. Bu işlərin həvalə olunduğu” ATF” Məhdud Məsuliyyətli Cəmiyyətinin həbs olunan icra başçısı Ceyhun Cəfərovun qohumuna məxsus olduğu da redaksiyamıza daxil olan məlumatlar arasındadır. Qeyd edək ki, bu əməliyyat zamanı 350 min manat büdcə vəsaiti sərf olunub. Ancaq bu İlqar Salmanovun başçılıq etdiyi Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “ATF” MMC-i ilə həyata keçirdiyi ilk və son əməliyyat deyil. Bundan əvvəl yolların əsaslı təmiri işləri adı altında 300 min manatlıq başqa bir maliyyə əməliyyatı da həyata keçirilib. Məlumatlı mənbə bildirir ki, İlqar Salmanovun başçılıq etdiyi Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “ATF” MMC-i və digər şirkətlərlə həyata keçirdiyi maliyyə əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində dəqiq araşdırılsa, Kürdəmir rayonunda həbs olunacaq məmurların sayı artacaq.

Azad Aydın,

sozcu.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024