Mobil versiya
Nazirlik vətəndaşların xaricdə istifadəsi üçün lazım olan sənədlərin rəsmiləşdirilməsi qaydasına aydınlıq gətirib
Tarix: 21-08-2020 | Saat: 12:27
Bölmə:Gündəm | çapa göndər

Nazirlik vətəndaşların xaricdə istifadəsi üçün lazım olan sənədlərin rəsmiləşdirilməsi qaydasına aydınlıq gətirib



Vətəndaşlar xaricdə olarkən istifadəsi üçün hər hansı sənədin apostilləşdirilməsi (leqallaşdırılması) həmin ölkənin qanunvericiliyinə əsasən rəsmiləşdirməlidirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri, 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov deyib.

Onun sözlərinə görə, yalnız bu halda həmin sənədlər Azərbaycana gətirildikdə, təqdim olunduqda rəsmi qaydada təsdiq olunmuş, leqal sənəd kimi qəbul olunur və onlar əsasında notariat prosesləri aparıla bilir: "Ölkə daxilində apostil sənədləri həyata keçirilmədiyi üçün müəyyən olunmuş notariat ofislərinə müraciət olunur. Həmin sənədlər müəyyən olunmuş notarist ofislərində qəbul olunur və Ədliyyə Nazirliyi vasitəsilə onların apostilləşməsi nəzərdə tutulur. Müəyyən olunmuş sənədlər var ki, həmin kateqoriyaya daxil olan sənədlər Ədliyyə Nazirliyinə aiddir, digər bir qrup sənədlər isə Xarici İşlər Nazirliyinin apostilləşmə xidmətindən keçirilməlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024