Mobil versiya
Çempionlar Liqası: "Bavariya" "Lion"u darmadağın edərək finala vəsiqə qazanıb
Tarix: 20-08-2020 | Saat: 03:00
Bölmə:İdman | çapa göndər

Çempionlar Liqası:


Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

aia.az-ın məlumatına görə, Almaniyanın "Bavariya" klubu ilə Fransanın "Lion" klubu qarşılaşıblar. Oyun Almaniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Serj Qnabri (18-ci və 33-cü dəqiqələr) və Robert Levandovski (88-ci dəqiqə) vurublar.

Beləliklə, "Bavariya" UEFA Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazanıb. Finalda "Bavariya" Fransanın PSJ klubu ilə qarşılaşacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024