Mobil versiya
Azərbaycanlıya qarşı qanunsuzluq edən erməni məmur vəzifədən qovuldu
Tarix: 19-08-2020 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər


Azərbaycanlıya qarşı qanunsuzluq edən erməni məmur vəzifədən qovuldu

Tovuz döyüşləri zamanı Moskvada həmyerlimizə qarşı qanunsuzluq, alçaldıcı vəhşillik edən erməni əsilli məmur Roman Şaqinyan vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, erməni əsilli məmurun hərəkətlərindən sonra dərhal Rusiyada fəaliyyət göstərən həmyerlilərimiz olan vəkillər Suriyə Rzayeva və Nəriman Ağasıyeva müraciət edib:

“Əsl peşəkarlar olan, öz həyatlarıını risk altına atan dostlarımız tərəfindən dərhal bütün zəruri tədbirlər görüldü, təmənnasız qaydada hüquqi müstəvidə mübarizə aparıldı.

Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan məmura yaraşmayan qanunsuz hərəkətlərinə görə cəzalandı, işdən azad olundu.

Hal-hazırda qarşımızda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Artıq bunun üçün də dəyərli vətənpərvər vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024