Mobil versiya
Gürcüstanda qalan daha 119 Azərbaycan vətəndaşının təxliyəsinə başlandı
Tarix: 19-08-2020 | Saat: 10:43
Bölmə:Gündəm | çapa göndər

Gürcüstanda qalan daha 119 Azərbaycan vətəndaşının təxliyəsinə başlandı


Gürcüstandan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir. Trend-in məlumatına görə, artıq növbəti təxliyə prosesi başlayıb.

Bu gün daha 119 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır. Bundan başqa, təxliyə edilənlər arasında Rusiya və Gürcüstan vətəndaşlarının da olduğu bildirilir.

Təxliyə olunacaq şəxslər artıq Tbilisidə COVID-19 testindən keçiriliblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətirilirlər.

Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024