Mobil versiya
Gəncədə tanışını öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərildi
Tarix: 18-08-2020 | Saat: 17:18
Bölmə:Cəmiyyət | çapa göndər

Gəncədə tanışını öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərildi


Bu il mayın 1-də Gəncə şəhəri ərazisində şəhər sakini Tural Əliyevə bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Gəncə şəhər prokurorluğundan aia.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Elgün Nəsibovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Tural Əliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024