Mobil versiya
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb
Tarix: 12-08-2020 | Saat: 16:16
Bölmə:İdman | çapa göndər

İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb



Nərimanovda inşa edilən futbol meydançasının tikintisi müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Trend-ə Nərimanov Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib. Onun sözlərinə görə, tikinti Azərbaycan Kooperasiya Universiteti tərəfindən həyata keçirilir:

“Universitetdən Nərimanov rayon İcra Hakimiyyətinə bildirilib ki, tikintinin sənədləri Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) onlara təqdim olunub və həmin sənədlər binadadır. İki gün sonra universitetdə imtahan olduğu üçün hazırda qapılar möhürlənib və içəriyə daxil olmaq qadağandır. Ona görə də onlar bu sənədləri qapılar açıldıqda sonra bizə təqdim edə biləcəklər. Biz də öz növbəmizdə BŞİH-lə məsləhətləşib bu müddət ərazində tikintinin müvəqqti dayandırılmasına qərar vermişik”.

Qeyd edək ki, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində inşa edilən futbol meydançası piyadalar üçün nəzərdə tutulumuş səkinin bir hissəsini zəbt edib. Həmin fotolar sosial şəbəkədə yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024