Mobil versiya
Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT
Tarix: 06-08-2020 | Saat: 09:57
Bölmə:Manşet / Parlament | çapa göndər

Azərbaycanda kişi sevgilisini öldürdü:

Goranboy rayonunda baş verən qətllə bağlı bəzi detallar məlum olub.

Bununla bağlıOxu.Az-a hüquq-mühafizə orqanlarındanməlumat verilib.

Məlumata görə, 1986-ci il təvəllüdlü Goranboy rayon, Qazançı kənd sakini Zamanov Qərib Əfqan oğluqeyri-rəsmi münasibətdə yaşadığı Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gülzalı qızını odlu silahdan açılmış atəşlə qətlə yetirib.

Bildirilir ki, silah Q.Zamanovun atasından qalmış ov tüfəngi olub.

Evli olan G.İmanova evliQ.Zamanovla sevgi münasibəti yaşayıb.

Onun həyat yoldaşından iki övladı var.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024