Mobil versiya
"Çelsi"də ciddi itkilər
Tarix: 02-08-2020 | Saat: 21:21
Bölmə:İdman | çapa göndər

"Çelsi"də ciddi itkilər


Kristian Pulişiç və Sesar Aspilikueta Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Çelsi"yə kömək edə bilməyəcəklər.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən oyunçular İngiltərə Kubokunun finalında - "Arsenal"la görüşdə (1:2) dizlərindən zədə aldıqlarına görə məşqlərdən kənarda qalıblar.

Elə həmin oyunun sonlarında meydandan xərəkdə çıxarılan Pedronun da vəziyyəti ürəkaçan deyil. Dirsəyindən ciddi xəsarət alan bu futbolçunun da Münhendə "Bavariya"nın önünə çıxıb-çıxmayacağı böyük sual altındadır.

Qeyd edək ki, cavab oyununu avqustun 8-də keçirəcək "Çelsi" öz meydanında Almaniya təmsilçisinə 0:3 hesabıyla yenilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 320 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2020