Mobil versiya
Naximov küçələrində kommunikasiya xətləri yenilənir, yol infrastrukturu yenidən qurulur - FOTOLAR
Tarix: 29-07-2020 | Saat: 13:11
Bölmə:Gündəm | çapa göndər

Naximov küçələrində kommunikasiya xətləri yenilənir, yol infrastrukturu yenidən qurulur



Xətai rayonunda yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində Naximov küçəsində yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar istismar müddəti başa çatmış müxtəlif diametrə malik su və kanalizasiya xətləri müasir tələblərə uyğun yeniləri ilə əvəzlənir.

Həmçinin ümumi uzunluğu 2 810 metr təşkil edən küçənin müxtəlif hissələrində yolun genişləndirmə işləri aparılıb. Belə ki, əvvəllər küçənin bəzi yerlərinin eni 5-6 metr təşkil edirdisə, hazırda bu, 10-12 metrədək genişləndirilib. Bütün beton bordyurlar dəyişdirilib, piyadalar üçün səki salınıb və artıq 2 km yol asfaltlanıb. Aparılan işlər yaxın 3-4 günə tam başa çatdırılacaq.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024