Mobil versiya
Xaricdə yaşayan həmvətənlərimizə qarşı erməni təxribatları ilə bağlı AHİK-in İcraiyyə Komitəsinin BƏYANATI
Tarix: 27-07-2020 | Saat: 17:09
Bölmə:Manşet / Gündəm | çapa göndər

Xaricdə yaşayan həmvətənlərimizə qarşı erməni təxribatları ilə bağlı AHİK-in İcraiyyə Komitəsinin BƏYANATI




Son günlər Ermənistan hərbi qüvvələri Azərbaycanın dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycanın silahlı qüvvələrinin mövqelərinə xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişlər. Erməni silahlı qüvvələrinin hücumu nəicəsində 12 hərbçimiz, o cümlədən yüksək çinli zabitlərimiz həlak olmuş, mülki əhali və mülki obyektlər atəşə tutulmuş, beləliklə də, beynəlxalq humanitar hüquq və insan hüquqları, o cümlədən əmək hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyaları kobud şəkildə pozulmuşdur.

Ermənistanın törətdiyi son təxribatlarla bağlı xarici ölkələrdəki soydaşlarımızın öz Vətənlərini dəstəkləmək üçün əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Ermənistanın mənəvi dəstəyi ilə psixoloji və fiziki zorakılığa əl atılan belə təxribatlar Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikada baş verib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva baş vermiş təxribatlara qiymət verərək həmvətənlərimizə müraciətində göstərir ki, «Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsinin, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır».

Bu çağırışa qoşulan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xarici ölkələrdə yaşayan yüz minlərlə həmvətənlərimizin bu hadisələrlə əlaqədar keçirdiyi hiss və həyəcanı dərindən başa düşərək radikal ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən bu əməlləri qətiyyətlə pisləyir. Bu kimi təxribatların qarşısının alınmasına məsul olan ölkələrin hüquq-mühafizə orqanlarının vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.
Mehriban xanım Əliyevanın çağırışında qeyd edildiyi kimi, harada yaşamağımızdan asılı olmayaraq hamımızın üzərinə düşən əsas vəzifə həssas zamanda sayıqlıq, soyuqqanlılıq, həmrəylik nümayiş etdirmək, ermənilərin iç üzünü dinc yollarla, təmkinlə ifşa etmək, təxribatlara yalnız hüquqi müstəvidə, qanunvericilik çərçivəsində cavab verilməsinə nail olmalıyıq. Bütün vasitələrdən istifadə etməliyik ki, ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ probleminin həllinə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə öz töhfəmizi verək.

Əminliklə ifadə etmək istərdik ki, xarici ölkələrdə yaşayan həmvətənlərimiz bu məsələdə də birlik və həmrəylik nümayiş etdirəcək, dövlətimizin və Prezidentimizin Ermənistanın işğalçılıq siyasətinin bütün dünyada ifşa edilməsinə yönəlmiş fəaliyyətinə öz dəstəklərini əsirgəməyəcək, ermənilərin mənfur siyasətinin bütün istiqamətlərdə ifşa olunmasına nail olacaqlar.


AHİK-in İcraiyyə Komitəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024