Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev yol tikinti işləri ilə yerində tanış oldu - FOTOLAR
Tarix: 27-07-2020 | Saat: 14:25
Bölmə:Gündəm | çapa göndər

30 min nəfər əhalinin istifadə etdiyi 8 kəndi birləşdirən 38 km Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-Aşağı Ballıqaya-Səfikürd–Rəhimli-Tap Qaraqoyunlu yolunun tikinti işləri sürətlə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında, 30 min nəfər əhalinin istifadə etdiyi 8 kəndi birləşdirən 38 km Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-Aşağı Ballıqaya-Səfikürd–Rəhimli-Tap Qaraqoyunlu yolunun tikinti işləri sürətlə davam etdirilir. Yolun Əlirzalı - Xanqərvənd hissəsində çəkiliş işləri başa çatdırılmış, hazırda yolətrafı bərkitmə və digər texniki işlər həyata keçirilir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-Aşağı Ballıqaya-Səfikürd–Rəhimli-Tap Qaraqoyunlu yolunun tikinti işləri ilə yerində tanış oldu. İcra başçısı Xan Qərvənd kəndində bir qrup sakinlər və Şəhid ailələri ilə görüşdü, onların problemləri ilə maraqlandı, onlar ilə birgə kənd qəbirstanlığında oldu, burada şəhidlər xiyabanını ziyarət etdi. Məhərrəm Quliyev qəbirstanlıqda və ətrafında abadlıq işlərinin aparılması, şəhidlər xiyabanına gedən yolun asfaltlaşdırılması və qəbirstanlığın qarşısında avtomobillərin müvəqqəti dayanması üçün dayanacaq yerinin salınması ilə bağlı müazkirələr apardı, işlərin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verdi. Daha sonra İcra Başçısı Əlirzalı –Xanqərvənd yolunda yeni salınmış körpüyə də baxış keçirdi, aparılacaq işlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirdi.
aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər